Ərdoğanın Erməni Sevgisi Səngimi

Ərdoğan rəsmi olaraq "erməni soyqırımı"nı tanıdı: Osmanlı ermənilərinin xatirəsini hörmətlə yad edirəm

Ərdoğan ermənilərə başsağlığı verdi

Ərdoğan rəsmi olaraq

Ərdoğan həyatını itirən Osmanlı ermənilərini hörmətlə yad etdiyini bildirib, onların övladlarına və nəvələrinə başsağlığı verib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma erməni soyqırımını tanıdı. Belə ki, o Osmanlı imperiyasında 1915-ci il hadisələri zamanı həyatını itirən ermənilərə başsağlığı məktubu göndərib.

Bu haqda Türkiyə Prezident Administrasiyasının saytında məlumat verilib.

Ərdoğan həyatını itirən Osmanlı ermənilərini hörmətlə yad etdiyini bildirib, onların övladlarına və nəvələrinə başsağlığı verib.

“Bu gün biz bu mirasımıza sadiq qalaraq qardaşlığı, sülh və sabitliyi gücləndirməyə çalışırıq. Erməni vətəndaşlarımızın tarixdə yaşadıqları acıları paylaşmaq türk millətinin vicdan və əxlaqının tələbidir.

İnşallah, qarşıdakı dönəmdə sizlərin dərdlərinizə ortaq olmağa, problemlərinizin həlli yolunu tapmağa kömək edəcəyik. Sizin bu günə qədər olduğu kimi, bundan sonra da ortaq tariximizi təhrif edərək kin, nifrət və qisasa çağıranlara fürsət verməyəcəyinizə əminəm.

Bir daha Birinci Dünya Müharibəsi illərində həyatını itirən Osmanlı ermənilərinin xatirəsini hörmətlə yad edirəm”.

P.S: Türkün türkdən başqa dostu yoxdur deyənlər! Hardasınız? Qondarma erməni soyqırımını farslar deyil, böyük türk dünyasının lider ölkəsi Türkiyə dövləti rəsmən tanımağa əl atır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky