Şərq Xəbərləri

Taliban terror qruplaşması Zənexan şəhərini işğal etdi

Taliban terror qruplaşması Zənexan şəhərini işğal etdi

Qəzni rayon şurasının üzvü Əbdül Came Came: “Zənexan şəhərində Taliban ilə polis qüvvələri arasında gedən döyüşlərdə 4 polis əməkdaşı Şəhid olub və daha dörd polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıblar.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əfqanıstan rəsmiləri bildirib ki, ötən gecədən başlayaraq bu gün səhər radələrinə kimi Taliban terror qruplaşması Qəzni rayonunun Zənexan şəhərinə hücuma keçərək dövlət qüvvələri ilə vuruşub. Sonda şəhər süqut edərək Talibanın nəzarətinə keçib.

Qəzni rayon şurasının üzvü Əbdül Came Came bildirib: “Zənexan şəhərində Taliban ilə polis qüvvələri arasında gedən döyüşlərdə 4 polis əməkdaşı Şəhid olub və daha dörd polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıblar.”

Xatırladaq ki, ötən həftə də Əfqanıstanın Cuzcan şəhəri Taliban dəstəsi tərəfindən süquta yetirildi. Lakin polis qüvvələri yenidən hücuma keçərək şəhəri azad etdilər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky