Asiya Xəbərlrəi

Tailandda ard-arda 3 partlayış törədilib: 1 ölü, 35 yaralı

Tailandda ard-arda 3 partlayış törədilib: 1 ölü, 35 yaralı

Yallanın Kabanq rayonunda törədilən birinci partlayış nəticəsində 1 hərbçi ölüb, 18 hərbçi və mülki şəxs yaralanıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tailandın cənubunda Yalla əyalətində üç partlayış nəticəsində 1 hərbçi ölüb, azı 35 nəfər yaralanıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə yerli “7-ci” Milli Telekanal məlumata yayıb.

Yallanın Kabanq rayonunda törədilən birinci partlayış nəticəsində 1 hərbçi ölüb, 18 hərbçi və mülki şəxs yaralanıb.

İkinci partlayış da birinciyə yaxın ərazidə törədilib. Hadisə nəticəsində 2 hərbçi yaralanıb. Ərazidəki avtomobillərə ziyan dəyib.

Üçüncü partlayış isə səhər saatlarında birinci hadisə olan yerdə törədilib. Hadisə yerində baxış keçirən sapyorlar, polis əməkdaşları və mülki şəxslər daxil olmaqla azı 17 nəfər yaralanıb. Bölgənin ayrılması uğrunda mübarizə aparan qruplaşmaların fəaliyyət göstərdiyi bildirilir. Tailandın təhlükəsizlik qüvvələri ilə qanunsuz silahlı qruplar arasında toqquşma 2004-cü ildən başlayıb. Bu müddət ərzində silahlı atışmalar, əldəqayırma bombaların partladılması nəticəsində çox mülki şəxs olmaqla 6,7 min nəfər ölüb.

Narativat, Pattani əyalətləri ilə yanaşı, Yalla bölgəsi də Tailandın “ucqar cənubunda” yerləşir. Həmin əyalətlərin əhalisi etnik müsəlman-malaylardan ibarətdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky