Netanyahu BMT-də yeni şou icra edib

 Netanyahu BMT-də yeni şou icra edib

Sionist rejimin baş naziri dünən Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında İran İslam Respublikasına qarşı yeni təbliğat şousu icra edib.

Benyamin Netanyahu özünün keçmiş puç iddia və ittihamlarını təkrar edərək, bəzi təsvirlər göstərib və iddia edib ki, Tehranın yaxınlığında gizli bir nüvə anbarı mövcuddur.

Sionist rejimin baş naziri bu rejimin cəbbəxanasında yüzlərlə nüvə başlığının olmasına işarə etmədən iddia edib ki .İran bu anbarda özünün atom silahı düzəltmək üzrə məxfi proqramını icra edir.

Netanyahu sionist rejimin iddia olunan bu anbar ilə bağlı informasiyanı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim etdiyini bildirərək, agentliyin onun iddialarına məhəl qoymamasını tənqid edibdir.

Sionist rejimin baş naziri həmçinin onun "Amerikanın sanksiyalarından yan keçməyə səy" adlandırdığı məsələyə görə, Avropa Birliyini tənqid edib və deyib ki. Avropa İranla əməkdaşlıq etməməlidir.

Netanyahunun yeni təbliğat şousu icra etməsi elə bir haldadır ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyədək 12 hesabatda İranın nüvə fəaliyyətlərinin dinc məqsədli olduğunu vurğulayıbdır.

Netanyahu altı il bundan qabaq da Birləşmiş Millətlər Təşkilatında bir plan göstərərək, iddia etmişdi ki, İran atom bombası əldə etmək üzrə qırmızı xəttə çatmaqdadır.


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky