Asiya Xəbərləri

Myanmadan Banqladeşə qaçan müsəlmanların sayı 73 minə çatıb

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında bildirilir.

Myanmadan Banqladeşə qaçan müsəlmanların sayı 73 minə çatıb

Qurumun Banqladeşdəki nümayəndəsi Vivian Tanın sözlərinə görə, bu rəqəm müsəlmanlara hücumların başladığı 25 avqust tarixindən bu yana hesablanıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Myanmanın Arakan əyalətində ordu və buddist millətçilərin hücumlarından qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 73 minə çatıb.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında bildirilir.

Qurumun Banqladeşdəki nümayəndəsi Vivian Tanın sözlərinə görə, bu rəqəm müsəlmanlara hücumların başladığı 25 avqust tarixindən bu yana hesablanıb.

Myanma ordusunun Arakana hücumları nəticəsində 60-dan çox kənd hədəfə alınıb, onlarla kənd yandırılıb, çoxlu sayda dinc müsəlman qətlə yetirilib.

Hazırda Arakandan qaçan onminlərlə müsəlman Banqladeş sərhədinə toplaşıb.

Myanma hökumətinin beynəlxalq təşkilatların bölgəyə girişinə icazə verməməsi səbəbindən ölənlərin dəqiq sayını müəyyən etmək mümkün deyil.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky