Myanma müsəlmanlarının durumu dəhşətlidir

  • News Code : 858900
  • Source : Sahar TV
Brief

Rohinca uşaqları didərginlərin düşərgəsində rəsmlərdə özləri və ailələrinin başına gələn hadisələri təsvirə çəkirlər.

Myanma hərbçilərinin qətl və qarətini əks etdirən rəsmlər bu didərgin uşaqlarda ciddi psixi xəsarətlərdən xəbər verir. Onlardan biri deyir ki, oyun oynadıqları vaxt öz yaşıdlarının ölümünün şahidi olmuşdur.

İnsan haqları fəalı deyib: Burada olan bir neçə yüz min didərginin vəziyyəti doğrudan da acınacaqlı və dəhşətlidir. Hamıdan daha çox ciddi zərərlərlə üzləşənlər uşaqlardır.

Bir neçə gündən sonra, rohinca müsəlmanlarının Banqladeşə qaçması yenidən başlayıb.  Gündəlik yeddi min nəfər Myanmadan qovulur.

Myanmalı müsəlman qadın deyib: Dövlət bizə bildirdi ki, kəndlərdə qalın və bizim sizlə işimiz yoxdur. Amma hərbçilər yenidən bir-bir evlərə soxulmağa başladılar və onları yandırdılar.

Əvvəlcədən Banqladeşdə olan didərginlərlə, indi 23 sərhəd düşərgəsində rohincaların sayı ümumilikdə 800 min nəfəri keçmişdir.

Oksford Universiteti Myanma rəhbəri Anq San Suçiyə verdiyi azadlıq ordenini geri alıb və onun portretini də ictimai zaldan götürüb.

Kualalumpurda Myanma dövlətinin soyqırımı məsələsi ilə əlaqədar iclasda müxtəlif ölkələrdən təxminən 70 ictimai təşkilat bu cinayətləri qınayaraq bu ölkəyə qarşı iqtisadi təzyiqlərin göstərilməsini istəyib.

Bir təşkilatın nümayəndəsi bildirib: Biz sözlə kifayətlənməməliyik. BMT və ölkələr ciddi addım atmalıdırlar və bu ölkə ilə iqtisadi əlaqələr kəsilməlidir. Myanma mediaları bildirirlər ki, rohinca müsəlmanları öz istəkləri ilə evlərini tərk edirlər. İndi statistikalara əsasən, təxminən 150 min didərgin yanlış qidalanma təhlükəsi ilə üzləşib.
............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky