Məzlumun Ahı Yerdə Qalmaz

Human Rights Watch: “Arakanlı müsəlmanlar planlı şəkildə qətliam edilir”

Şahidlər: Myanma əsgərləri kəndləri yandırır, təcavüz etdikləri qadınları oda ataraq, evlərə bağlayaraq yandırırlar.

Human Rights Watch: “Arakanlı müsəlmanlar planlı şəkildə qətliam edilir”

Sərhədsiz Həkimlər (MSF) təşkilatı keçən həftə verdiyi bəyanatında, avqustun 25-dən etibarən təcavüzkarlığın təkcə ilk ayında 6700 müsəlmanın öldürüldüyünü açıqlamışdı.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Human Rights Watch Təşkilatının (HRW) Myanmanın qərbində yerləşən bəzi müsəlman kəndlərin sakinlərinin ordu və buddistlər tərəfindən qətliam olunduğunu deyib.

HRW-nin dərc etdiyi “Çay sahilində qətliam: Myanma ordusunun Tula Tolidə törətdiyi bəşəri cinayətlər” adlı hesabatına görə, Arakanın Tula Toli kəndindən Banqladeşə qaçan 18 və bölgədən qaçan 200 rohinqyalı müsəlmanla aparılan müsahibələr, Myanma ordusunun bölgədə törətdiyi qətliamı ictimailəşdirib.

Şahidlər Tula Toliyə hücum edən Myanma əsgərlərinin kəndliləri çay sahilinə apardığını, qadın və uşaqlardan ayırdıqları kişiləri öldürərək, kütləvi şəkildə çuxurlara atdıqlarını, üstlərinə benzin töküb yandırdıqlarını deyiblər. Onlar əsgərlərin qadın və uşaqlara kütləvi şəkildə, dəfələrlə təcavüz etdiklərini, bəzi uşaqları da analarından ayıraraq oda atdıqlarını bildiriblər.

Bundan başqa, Myanma əsgərlərinin kəndləri yandırdığını, təcavüz etdikləri qadınları oda ataraq, evlərə bağlayaraq yandırdıqlarını qeyd ediblər.

Sərhədsiz Həkimlər (MSF) təşkilatı keçən həftə verdiyi bəyanatında, avqustun 25-dən etibarən təcavüzkarlığın təkcə ilk ayında 6700 müsəlmanın öldürüldüyünü açıqlamışdı.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky