Hindistan Xəbərləri

Hindistan Tac Mahalda namaz qılmağı qadağan etdi

ASI rəsmiləri dünən türbədə dəstəmaz almaq üçün istifadə edilən su sisternini möhürləyib.

Hindistan Tac Mahalda namaz qılmağı qadağan etdi

Ali Məhkəmənin iyul ayında Tac Mahal məqbərəsindəki məsciddə şəhər kənarından gələn müsəlmanların cümə namazı qılmağı qadağan edən qərarından sonra ASI Tac Mahalda gündəlik namazların qılınmasının da qadağan olunduğunu bildirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hindistan Arxeoloji Araşdırmalar Qurumunun (ASI) Tac Mahalda gündəlik namaz vaxtlarının qılınmasını qadağan etdiyi bildirilib.

Bu barədə "Times of India" qəzetində xəbər yer alıb.

Xəbərə görə, Ali Məhkəmənin iyul ayında Tac Mahal məqbərəsindəki məsciddə şəhər kənarından gələn müsəlmanların cümə namazı qılmağı qadağan edən qərarından sonra ASI Tac Mahalda gündəlik namazların qılınmasının da qadağan olunduğunu bildirib.

ASI rəsmiləri dünən türbədə dəstəmaz almaq üçün istifadə edilən su sisternini möhürləyib.

Tac Mahal İntizam Komitəsi sədri Seyid İbrahim Hüseyn də Tac Mahalda uzun illərdir namaz qılındığını, bunu əngəlləmək üçün ortada bir səbəb olmadığını bildirərək, ASI-yə şikayət edəcəklərini deyib.

Hüseyn istər mərkəzi hökumətin, istərsə də Aqra yerli rəhbərliyinin müsəlmanlar əleyhinə bir zehniyyətə sahib olmasının sözügedən qərarda təsirli olduğunu vurğulayıb.

ASI Aqra Dairəsində arxeoloq Vasant Svarankar isə qərarın məhkəmənin əmri əsasında qəbul olunduğunu, buna görə məbəddə yalnız yerli əhalinin cümə namazı qıla biləcəyini deyib. Xatırladaq ki, Ali Məhkəmənin qərarından sonra Tac Mahaldakı məsciddə iyul ayından bu yana yalnız Aqrada yaşayan müsəlmanlar cümə və gündəlik namazları qıla bilirdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky