Asiya Xəbərləri

Çin Fələstinə dəstəyinin davam etdiyini açıqladı

Çin Fələstinə dəstəyinin davam etdiyini açıqladı

Çinin xarici işlər naziri Vanq Yi Çində olan Ərəb Birliyinin baş katibi Əhməd Əbu Qayt ilə görüşdə Çinin Fələstin məsələsinə və Fələstin xalqının qanuni haqlarına güclü bir şəkildə dəstəyini davam etdirdiyini bildirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Çinin dövlət müşaviri və xarici işlər naziri Vanq Yi ölkəsinin Fələstin məsələsinə və Fələstin xalqının qanuni haqlarına güclü bir şəkildə dəstəyini davam etdirdiyini söyləyib.

Ərəb Birliyindən verilən yazılı açıqlamaya görə, Avropa-Çin Əməkdaşlıq Forumunun 8-ci Nazirlər Toplantısında iştirak etmək üçün Çində olan Ərəb Birliyinin baş katibi Əhməd Əbu Qayt Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

Görüşdə Çin ilə ərəb ölkələri arasındakı siyasi, iqtisadi və mədəni əməkdaşlığını inkişaf etdirmək yolları ilə yanaşı, Fələstin, Suriya, Liviya və Yəməndə baş verən son proseslər müzakirə olunub.

Vanq Yi Çinin Fələstin məsələsinə və Fələstin xalqının qanuni haqlarına güclü bir şəkildə dəstəyini davam etdirdiyini bildirib. Çinli nazir, həmçinin ölkəsinin ümumiyyətlə bütün Yaxın Şərqin təhlükəsizlik və sabitliyə qovuşmasına böyük əhəmiyyət verdiyini qeyd edib.

Ərəb Birliyinin baş katibi Əbu Qayt da Çinin başda Fələstin məsələsi olmaqla, ərəb ölkələrinin prioritet məsələlərinə, beynəlxalq məsələlərdə verdiyi müsbət dəstəyini təqdir etdiyini söyləyib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky