Asiya Xəbərləri

Çin: “İranla normal münasibətlərimizi davam etdirəcəyik”

Çin: “İranla normal münasibətlərimizi davam etdirəcəyik”

ABŞ-ın nüvə müqaviləsi qərarından sonra Çin firmalarının İran bazarından çıxıb çıxmaması barədə verilən suala Qao belə cavab verib: “Çin olaraq İran ilə normal əlaqələrimizi davam etdirəcəyik” .

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Çinin Ticarət Nazirliyinin sözçüsü Qao Fenq ABŞ-ın nüvə müqaviləsi qərarına baxmayaraq, ölkəsinin İran ilə normal münasibətlərini davam etdirəcəyini söyləyib.

Məlumata görə, Qao Fenq mətbuat konfransında gündəmdəki son prosesləri qiymətləndirib.

ABŞ-ın nüvə müqaviləsi qərarından sonra Çin firmalarının İran bazarından çıxıb çıxmaması barədə verilən suala Qao belə cavab verib: “Çin olaraq İran ilə normal əlaqələrimizi davam etdirəcəyik” .

“Çin ilə ABŞ arasındakı iqtisadi və ticarət gərginliyi hansı istiqamətdə davam edəcək?” - sualını isə, Qao belə cavablandırıb: “ABŞ-ın budaqdan budağa tullanmasını hər kəs gördü. ABŞ-ın mövqeyi necə dəyişirsə dəyişsin, Çin olaraq sakit bir şəkildə cavab verəcəyik”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky