Asiya Xəbərləri

Myanma rejimi Arakanda müsəlmanlara qarşı törətdiyi soyqırımın izlərini aradan aparır

Myanma rejimi Arakanda müsəlmanlara qarşı törətdiyi soyqırımın izlərini aradan aparır

“Arakan Project” adlı qeyri-hökumət təşkilatının məlumatlarına əsasən, özəl şirkətlərə məxsus buldozerlər Myanma rəhbərliyinin əmri ilə məzarları hamarlayır. Keçən aylarda Arakan əyalətində iki kütləvi məzarlıq tapılmışdı və bunlar etnik təmizlənməyə sübut kimi göstərilmişdi. İndi isə Buthidunq qəsəbəsindəki kütləvi məzarın məhv edilməsinə başlanılıb, soyqırımın izləri aradan qaldırılır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Myanma buddist rejimi Arakan məntəqəsində yaşayan Rohinga Müsəlmanlarının kəndlərində etdiyi kimi soyqırıma məruz qoyduğu Müsəlmanların kütləvi məzarlarını da aradan aparmağa çalışır.

“Arakan Project” adlı qeyri-hökumət təşkilatının məlumatlarına əsasən, özəl şirkətlərə məxsus buldozerlər Myanma rəhbərliyinin əmri ilə məzarları hamarlayır. Keçən aylarda Arakan əyalətində iki kütləvi məzarlıq tapılmışdı və bunlar etnik təmizlənməyə sübut kimi göstərilmişdi. İndi isə Buthidunq qəsəbəsindəki kütləvi məzarın məhv edilməsinə başlanılıb, soyqırımın izləri aradan qaldırılır.

Digər tərəfdən, hökumət sözçüsü Zau Htay da məhv edilən kütləvi məzarlar haqqında bir sübut olmadığını bildirərək, verilən suallara cavab verməkdən imtina edib.

Xatırladaq ki, Myanmanın Milli Birlik Təşkilatının məlumatına görə, təkcə 2012-ci ilin may ayında Myanmanın qərbində gedən toqquşmalarda və evlərin yandırılması nəticəsində 100 mindən artıq Müsəlman evsiz-eşiksiz qalıb.

2012 ci ildə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Myanma hadisələrinə reaksiya olaraq, Myanma hökumətinin, beynəlxalq dairələrin və İslam Əməkdaşlıqları Təşkilatının dərhal ciddi tədbirlər görmələrini istəyib.

İslam Əməkdaşlığı Təşkilatının baş katibi Əkmələddin Ehsanoğlu 2013-cü ildə deyib: Ötən 30 ildə Ruhinqa Müsəlmanları Myanmada insan haqlarının kobud formada pozulması, irqi təmizləmə, soyqırımı, təcavüz və məcburi mühacirət kimi ciddi problemlərlə üz-üzədir...

Qeyd edək ki, Myanmada 3 milyon Ruhinqalı- Arakan Müsəlmanı yaşayır. Onlar əsasən ölkənin qərbində məskunlaşıblar. Müsəlman kütləsinə qarşı soyqırım və misilsiz vəhşiliklər bu günə kimi davam etməkdədir...

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky