Araşdırma

Rəsmi Bakı İİR-a ərazi iddiası edir, Azərbaycan məktəblərində asılan xəritədə İİR-ın yarısı işğal edilib

  • News Code : 870642
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Azərbaycan Respublikasının məktəblərində asılan xəritədə İran İslam Respublikasının siyasi cöğrafi ərazisinin yarısı Azərbaycan Respublikasının siyasi coğrafi ərazisi kimi göstərilir.

‍Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasının məktəblərində asılan xəritədə İran İslam Respublikasının siyasi cöğrafi ərazisinin yarısı Azərbaycan Respublikasının siyasi coğrafi ərazisi kimi göstərilir.

Bakı, İran xalqının tarix və dahi şəxsiyyətlərinə hörmət bəsləməməklə yanaşı üstəlik İslam Respublikasının tam yarısını da işğal etmək niyyətindədir.

İİR konstitusiyasının 152-ci əsas qanununa görə, Xarici İşlər Nazirliyinin vəzifələrindən biri də, ölkənin ərazi bütövlüyündən müdafiə etməsi və hər-hansı bir qıraq sültəni rədd etməkdir.

Görəsən Xarici İşlər Nazirliyi Bakı dövlətinin anti-İran ruhiyyəli tələbələr yetişdirməsi qarşısında hansı müəyyən və məlum işləri görüb?

Sadə bir etirazdan vaz keçməyin!

Hammısından pis isə, son illər İİR Xarici İşlər Nazirliyində mod olan “yeni baxışlar”dır. Belə ki, Bakı dövlətinin işğalçı və separatçı hərəkətlərinə göz yumub, meydan sulamasına imkan yaratmaqdır.

Bu “yanaşma”ya görə, Xarici İşlər Nazirliyinin məsul şəxsləri belə deyirlər: “O, ölkədə anti-İran və işğalçı duyğularını gücləndirənlər rəsmi müəssisələr tərəfindən deyil, hakimiyyətin müxalif partiyaları tərəfindən icra olunur. !!!”

Mütləq sual olunmalıdır, görəsən Bakı rejimi demokratik bir ölkədir ki, onun müxalifəti də olsun?! Heydər Əliyevin oğlu qanunsuz olaraq atasının canişini oldu. İndi də, Əliyevin xanımı qərardır ərinin canişini olsun. Bu şübhəsiz ki, diktator bir rejimdir.

İkincisi, Bakı rejimində məktəb və təhsil ocaqlarının kitabları bəyəm müxalifət tərəfindənmi çap olunub, məktəbərdə paylanılır?

Nə üçün bu ölkənin təhsil olcaqlarında, siniflərdə üzərində “Azərbaycan” yazılmış və İran İslam Respublikasının Gilan, Kermanşah, Sənəndəc, Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan, Zəncan hətta Qəzvin əyalətini Azərbaycan Respublikasının siyasi coğrafiyasına daxil edilmiş xəritə asılıb?!

Cənab Zərif bu həftə Bakıya rəsmi səfər etdi. Görəsən səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyünü təmin edən iddiaları irəli sürdümü? İki yüz il bundan öncə doğma diyarımız olan Aran adlanan Şimali Azərbaycan rəsmilərindən bu haqda bir tutarlı cavab ala bildimi?

Biz unutmamalıyıq ki, İraqın sabiq diktatoru Səddam Hüseyn də, ilk öncə dərslik kitabları və xəritə çapları ilə, işə başladı sonra isə 20 il bu siyasəti davam etdirərək münasib bir fürsətdə İranın müqəddəs torpaqlarına hücuma keçərək işğalçı əllərini uzatdı.

Biz düşmənlərimizdən heç bir müsbət hərəkət gözləmirik. Lakin xarici siyasətləri yürüdən məsullardan soruşuruq “Niyə pasifsiniz?...”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky