Araşdırma

İslam Peyğəmbəri övladı Hüseynin qətlə yetiriləcəyi haqda hələ illər öncə xəbarar idi - Sünni qaynaqları

  • News Code : 867190
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Allahın Rəsuli (səlləllahu əleyhi va alihi və səlləm) Ümm Sələməyə (əleyha səlam) buyurdu: Mənim yanıma bir mələk gəldi ki, bundan öncə yanıma gəlməmişdir. Mənə belə dedi “övladın Hüseyn qətlə yetiriləcəkdir. Əgər istəyirsənsə onun şəhid olacağı yeri sənə göstərim?...””

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: Allah Təalanın yer üzərində Xəlifə qərar verdiyi 3-cü İmam həzrət Hüseyn ibn Əli bn Əbu Talib (əleyhimus səlam) İlahi tərəfindən təyin olunan 12 xəlifələr arasında xüsusi özəlliyə malikdir. Belə ki, bu özəllik O həzrəti digər 11 Xəlifədən fərqləndirir. Və bu da ondan ibarətdir ki, O həzrətin Xəlifəlik vaxtında iş o yerə gəlib çatdı ki, nankor Əməvi sülaləsinin məkkar, hiyləgər və münafiq vələdi Müaviyyə (əleyhi lənətullah) ölüm ərəfəsində 2-ci Xəlifə İma Həsən Müctəba (əleyhi səlam) ilə bağladığı Sülh Müqaviləsinin ən mühüm şərtlərindən biri olan “Müaviyyə söz verir ki, özündən sonra heç kimi o cümlədən oğlu Yezidi xəlifəlik məqamına təyin etməyəcək və bu səmtdə heç kimdən biət aldırmayacaq” bəndin digər bəndlər kimi pozaraq bidin, şərabxor və meybunbaz oğlu Yezid (əleyhi lənətullah) üçün camaatdan biət almağa başladı. Müaviyyə (əleyhi lənətullah) cəhənnəmə vasil olduqdan sonra Yezid onun taxtına keçdi. O, İmam Hüseyni (əleyhi səlam) özünə tabe etmək istədi və Mədinənin valisi Vəlidə yazdı ki, əgər Hüseyn biət etməzsə onu öldürəsən... Hicrətin 61 –ci ilində cəmi İslam Peyğəmbərinin (səlləllahu əleyhi va alihi və səlləm) Şəhadətindən 38 il keçməmişdir ki, özlərini mömün və müsəlman sayan ümmət İmam Hüseyni (əleyi səlam) Kərbala çölündə məzlumcasına Şəhid edilər...

Bu haqda Sünni qaynaqlarında xeyli sayda mətləb vardır. Hətta sünni qaynaqlarında Böyük İslam Peyğəmbərinin övladı Hüseynin məzlumcasına zahirdə özlərini mömün və müsəlman adlandıran dinsiz ümməti tərəfindən qətlə yetriləcəyindən uzun illər qabaq xəbəri var idi.

İndi isə Əhli Sünnət arasında qatı-sünniliyi ilə seçilən alim Zəhəbinin “Tarixul İslam Zəhəbi” adlı kitabının 5-ci cildinin 102-ci səhifəsində bu haqda yazdığı hədisin mühüm hissələrini tərcümə edirik:

“- Ənəsdən nəql olunub ki, yağış yağdırmağa məmur olan Mələk (həzrət Cəbrail Əmin əleyh səlam) Peyğəmbərin (səlləllahu əleyhi va alihi və səlləm) hüzuruna gəldi. Həmin gün həzrət Rəsulləlah Ümmü Sələmənin (əleyha səlam) evində idi. Mələk Peyğəmbəri Əkrəmdən (səlləllahu əleyhi va alihi və səlləm) evə dxil olmaq üçün icazə istədi. Rəsuləllah (səlləllahu əleyhi va alihi və səlləm) Ümmü Sələməyə (əleyha səlam) buyurdu: Qapını gözətlə ki, evə kimsə daxil olmasın. Elə bu zaman Hüseyn əleyhi səlam gəldi və israr etdikdən sonar evə daxil oldu, peyğəmbərin kürəyinə atıldı. Allahın Rəsulu onu öpüm əzizləməyə başladı. Yağış yağdırmağa məmur olan mələk ərz etdi: Aya Onu sevirsənmi? Həzrət buyurdu: Bəli. Dedi: Şübhəsiz Səndən sonar ümmətin Onu qətlə yetirəcəkdir. İstəsəniz Onun şəhid olacağı məkanı sizə göstərə bilərəm. Peyğəmbər (səlləllahu əleyhi va alihi və səlləm) razılıq verdikdə mələk həzrəti təpəcik yaxud da qırmızı torpaq kənarına apardı.

Sabit deyir: Biz o torpağa Kərbəla deyirdik. (Əmarədən nəql olunan rəvayətlər hammısı yaxşıdır.)

- Həzrət Rəsuləllah (səlləllahu əleyhi va alihi və səlləm) öz xanımlarına buyurardı: Bu körpəni (Hüseyn əleyhi səlamı) ağlatmayın. Peyğəmbər (səlləllahu əleyhi va alihi və səlləm) Ümmü Sələmənin (əleyha səlam) evində idi. Cəbrail əleyhi səlam nazil oldu. Peyğəmbər (səlləllahu əleyhi va alihi və səlləm) Ümmü Sələməyə (əleyha səlam) buyurdu ki qapıda qal və evə heç kimi daxil etmə. Hüseyn (əleyhi səlam) gəldi və ağlamağa başlayaraq evə daxil olmaq istədi. Ümmü Sələmə Onu evə buraxdı. Hüseyn (əleyhi səlam) evə daxil olan kimi Peyğəmbərin (səlləllahu əleyhi va alihi və səlləm) dizləri üstündə oturdu. Cəbarail (əleyhi səlam) dedi: Sənin ümmətin Onu qətlə yetirəcək. Peyğəmbər (səlləllahu əleyhi va alihi və səlləm) soruşdu: Onlar Onu qətlə yetirəcəklər və özüləri də mömündirlər!!!? Cəbrail (əleyhi səlam) ərz etdi: Bəli. Sonra da, Kərbala türbətini Peyğəmbərə (səlləllahu əleyhi va alihi və səlləm) göstərdi.

- Ümmü Sələmə (əleyha səlam) mənə xəbər verdi ki, bir gün Peyğəmbər (səlləllahu əleyhi va alihi və səlləm) yuxudan nigaran sürətdə oyandı bir az keçmədi yenidən yatdı və ikinci dəfə oyandıqda nigərançılığı azalmışdır. Yenidən yatıb durduqda isə əlində qırmızı rəngdə torpaq var idi, onu öpürdü. Sual etdim: Bu nə torpaqdır? Buyurdular: Cəbrail mənə xəbər verdi ki, Hüseyn İraqda qətlə yetiriləcəkdir. Və bu Onun torpaqıdır…

- Allahın Rəsuli (səlləllahu əleyhi va alihi və səlləm) Ümm Sələməyə (əleyha səlam) buyurdu: Mənim yanıma bir mələk gəldi ki, bundan öncə yanıma gəlməmişdir. Mənə belə dedi “övladın Hüseyn qətlə yetiriləcəkdir. Əgər istəyirsənsə onun şəhid olacağı yeri sənə göstərim?...””

Bu rəvayətin sənədi səhihdir. Əhməd və bir qrup alimlər bu rəvayəti nəql ediblər.”

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky