Araşdırma

İntiharlar nədən baş verir? Günün acı icmalı

Azad İsazadə: “Təəssüf ki, bizdə intiharların araşdırılmasıyla məşğul olan heç bir qurum yoxdur”

  • News Code : 818352
  • Source : Azadlıq
Brief

Ekspert vaxtında profilaktik tədbirlərin, intiharların qarşısının alınması üçün təbliğatın aparılmasını vacib sayır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 2017-ci ilin yeni başlamasına baxmayaraq, intiharlar xəbəri gündəmdən çıxmır. İnsanın özünəqəsd hadisəsi dinimizə görə günahdır. Fəqət hadisələrin sayı azalmağa deyil, əksinə gedir. Statistikaya nəzər salsaq, ötən il Azərbaycanda 797 intihar hadisəsi yaşanıb.Tamamlanmamış suisidlərin (intihara cəhd) sayı 470 nəfər təşkil edib. Ümumilikdə isə 797 intihar hadisəsi baş verib. Rəsmi məlumata görə, Azərbaycanda hər 100 min nəfərdən 5 nəfərdə bu hal qeydə alınır. Deyilənə görə, 2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edilib. 2015-ci ildə 515 intihar faktı olub. Bu il isə intiharların statistikasında sıravi insanlarla bərabər, tanınmış şəxslər də olub.

Psixoloq Azad İsazadə baş verən intiharların sonsuz sayda səbəbləri olduğunu söyləyir. O, real vəziyyəti öyrənmək üçün statistikanın tam olmadığını da deyir:

“Ona görə də intiharların səbəblərini aydın şəkildə bilmirik. Təəssüf doğuran hal odur ki, bizdə intiharların araşdırılmasıyla məşğul olan heç bir qurum yoxdur. Alimlər, sosioloqlar, hüquqşünaslar, psixoloq və psixiatrların müzakirə edəsi, araşdırması vacib olan məsələlər var. Lakin belə bir qurum yoxdur və biz yalnız mətbuatdan məlumatlar alırıq. Belə olan vəziyyətdə isə tam və konkret nəticə çıxarmaq mümkün deyil”.

A.İsazadə depressiya, apatiya və s. halların sonunda intihara apardığını deyir. Ekspert vaxtında profilaktik tədbirlərin, intiharların qarşısının alınması üçün təbliğatın aparılmasını vacib sayır.

Nigar

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky