Araşdırma

Həzrət İsanının (ə) bu il qeyd olunmayacaq miladı...

Həzrət İsanının (ə) bu il qeyd olunmayacaq miladı...

Söhbət Məsihin (ə) yaşadığı şəhərdə qeyd olunan miladından gedir... Hər il qeyd olunan milad, bu il qeyd olunmayacaq. Səbəbi, Trampın Qüdsü İsrail rejiminin paytaxtı elan etməsi kimi absurd bir qərar və qərardan sonra aləmin bir-birinə dəyməsidir.

Ümumiyyətlə, Həzrət İsa (ə) o nadir şəxsiyyətlərdəndir ki, onun heç bir haqqı bəşəriyyət tərəfindən hələ əda edilməmişdir. Dünyada böyük bir xristian dininə mənsubluq görünsə də, əsl həqiqətdə, hətta həmin dinin əksəriyyət daşıyıcıları “Ata, Oğul, Müqəddəs Ruh” üç uqnum (yəni üç sifətin, daha doğrusu, nəuzubillah - tanrının üç sifəti) əqidəsinə keçən andan nəinki, Həzrət İsanın (ə), əslində Allahın haqqına təcavüz olunub...

Hər halda, bu cür əqidənin yaranmasından illər keçib və hazırkı xristian insan həmin əqidənin motivində həm Allahın və həm də Həzrət Məsihin (ə) haqqının əda etdiyini düşünür və buna ürəkdən inanır..

Hər halda, əhli-kitaba hörmət etmək lazım olduğunu bizə mübarək dinimiz tövsiyə edirsə, deməli, vəziyyət o qədər də dəhşətli deyil. Amma, İsa Məsihin (ə) həqiqi haqqının kamil tanınması və əda olunması, sözsüz ki, yalnız mübarək zühurundan sonra mümkün olacaq.

İndi həm insanlar və ümumilikdə cəmiyyət də dəyişib, həm də heç texnologiya da 2017 il bundan əvvəlki deyil. İnsanlara bir sözü çatdırmaq, bir anda dünya fenomeninə çevrilmək indi çox asandır. Adi, sıradan insanlar bunu edir. O ki, qalmışdı Ulul-Əzm peyğəmbər (ə) ola...

Həzrət İsa (ə) həm mübarək mövludu, həm yaşayışı və həm də qeybi ilə Allahın möcüzəsidir. Haqqında vərəq-vərəq kitablar oxunmaqla bitməyəcək bir insandır. Bütün Ulil-Əzm peyğəmbərlər (ə) belə olub. Hamısı müstəsna, nəinki öz yaşadığı ilə, əsrə, hətta bütövlükdə həmin eraya öz möhürünü vurmuş şəriət gətirən beş Peyğəmbər (ə)...

Həzrət Məsih (ə) də həmin beş Peyğəmbərdən (ə) biri... Bəlkə də ən çox incidiləni, ən çox haqqı qəsb edilənidir...

Fələstin hər cəhətdən Allahın mübarək bir ölkəsidir. Neçə-neçə peyğəmbərin həyatı məhz buraya bağlıdır. Allahın mələklərinin endiyi torpaqlardır. Torpağının hər dənəsində İbrahimin (ə), Yəqubun (ə), Davudun (ə), Süleymanın (ə), İmranın (ə), Zəkəriyyənin (ə), Yəhyanın (ə), İmranın qızı Məryəmin (s.ə), Məsihin (ə) və hətta adını bilmədiyimiz neçə min peyğəmbərin, övliyanın yadigarı var. Fələstinin hər bir daşı, torpağının hər bir dənəsi bu İlahi kəlamların şahididir...

İsa Məsihin (ə) yaşadığı Nazarət şəhəri... Bu şəhər üçün Məsihin (ə) mübarək miladını qeyd etmək sıradan bir hadisə deyil. Bu şəhərdə qeyd edilən milad, yaşanma, hiss edilmə baxımından daha fərqlidir. İnsanların bayram anlayışı və bayramı necə keçirməsini təhlil etmirəm. Ola bilər ideal bir vəziyyət deyil, ola bilər, keçirilmə üslubu doğru seçilməyib. Ola bilər, İslami nöqteyi-nəzərindən miladın bu cür qeyd edilməsi düzgün deyil. Amma, söhbət burada miladın necə keçirilməsindən getmir. Söhbət Məsihin (ə) yaşadığı şəhərdə qeyd olunan miladından gedir...

Hər il qeyd olunan milad, bu il qeyd olunmayacaq. Səbəbi, Trampın Qüdsü İsrail rejiminin paytaxtı elan etməsi kimi absurd bir qərar və qərardan sonra aləmin bir-birinə dəyməsidir. Heç bir halda bayram əhval-ruhiyyəsində deyi. Küçələr müharibə meydanına dönüb. İndi hər bir tək Allaha inanan insanın ürəyində bir nisgil var...

Hətta, Məsihin (ə) miladını qeyd etməmək – artıq məsələnin kədərli hissəsinin miqyasının çox genişliyindən xəbər verir...

Qüds – Fələstinin ürəyidir. Ürəkdə əgər bir narahatlıq varsa, necə şənlik etmək olar? Fələstin bu saat elə bir dövrünü yaşayır ki, ya kömək olunaraq bu kritik vəziyyətdən çıxacaq, ya da Qüdsü itirəcək...

Şükürlər olsun ki, dünyanın Qüdsün ətrafındakı bu həmrəyliyi imkan verir ki, azad bir Qüdsün, azad bir Fələstinin bir gün açılacaq sübhünə inanaq...

O sübh inşəallah ki, mütləq açılacaq. Bir gün Fələstin səmasında azadlıq quşunun pərvaz etdiyini görəcəyik.

Növbəti miladı, azad Fələstində və azad Qüdsdə, milad sahibin də iştirakı ilə bəyənilən şəkildə keçirilməsini görmək diləyi ilə...

Xəyalə Quliyeva

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky