Araşdırma

Ekspert: Təhsi Nazirliyinin xaricdə oxumuş tələbələrin diplomlarını tanımaması qanundan kənardır

“Bu qərar abituriyentlərin ölkədən pul çıxarmamasına hesablanıb”

Ekspert: Təhsi Nazirliyinin xaricdə oxumuş tələbələrin diplomlarını tanımaması qanundan kənardır

Nabatəli Qulamoğlu:Xaricdə oxuyan tələbələrin diplomu niyə burda tanınmır?

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Təhsil Nazirliyi 2016-cı ildə diplomu tanınmayan tələbələrin sayını açıqlanıb. Nazirliyin 2016-cı ilə dair illik hesabatında qeyd edilib ki,  Akkreditasiya və Nostrifikasiya İdarəsi ali təhsil sənədlərinin tanınması və ekvivalentliliyinin müəyyən olunması məqsədilə 2016-cı ilin 11 ayı ərzində 2958 müraciəti icraata qəbul edib.  Əvvəlki illərdən icrası başa çatdırılmamış ali təhsil sənədləri də daxil olmaqla, ümumilikdə 2756 sənəd üzrə emal prosesi başa çatdırılıb və onlardan 1826 təhsil sənədi müsbət, 930 təhsil sənədi isə  mənfi cavablandırılıb (Fins.az).

Məlumata görə, icrası imtina ilə yekunlaşan ali təhsil sənədlərinin çoxunu MDB ölkələrinin məzunlarının təqdim etdiyi diplomlar təşkil edir. Həmçinin imtina səbəblərinin təhlili göstərir ki, məzunların əksəriyyəti ali təhsil müəssisəsinin tədris normativinə düzgün əməl etməmələri, tədris dili üzrə bilik səviyyələrinin aşağı olması və zəruri hallarda tədris dilində ixtisasa dair söhbətlər aparıldığı zaman ixtisas biliklərinin qənaətbəxş olmamasının aşkarlanması səbəbindən imtina alır.

Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu  Azadlıq.info-ya söyləyir ki, Təhsi Nazirliyinin xaricdə oxumuş tələbələrin diplomlarını tanımaması qanundan kənardır. Ekspert yada salır ki,   Nazirlər Kabinetinin 2003-cü ildə olan qərarına görə, diplomların ekvivalentliyi müəyyən olunur. Diplomu alan tələbənin  Bakıya gələrək Təhsil Nazirliyində  imtahan verməsi dünyanın heç bir yerində yoxdur:

“Bu, siyasi qərardır.  Belə şəxslərin sıxışdırılıb xaricə getməsinin qarşısını almaqla xaricə maliyyə axınını dayandırmaq istəyirlər.  Xaricdə təhsil alanların diplomlarının qanuni olmasını əsaslandıran üc amildir – ali məktəbin akkreditasiyasının olması, onun qanuni əsaslarla fəaliyyət göstərməsi,  orda keçirilən fənlərin Azərbaycanda keçirilən fənlərin ekvivalenti olması. Çox şəxs belə ali məktəblərdə təhsil alıb, qanuni şəkildə auditoriyalarda dəslərdə iştirak edib. Zəif oxuyublarsa, elə Azərbaycanda da belə tələbələr saysız-hesabsızdır. Amma onlar kitabsız-dəftərsiz tələbə olsalar da, diplomlarını alıblar”.

Ekspert deyir ki,  sözügedən məsələylə əlaqədar Nazirlər Kabinetinin məlum qərarı pozulub. Təhsil Nazirliyi də bu addımı əmək bazarını qorumaq, savadsız adamların ora yol tapmaması üçün atdığını bildirir. Həmsöhbətimizə görə, dünyanın heç bir yerində  kiməsə hüquq verilmir ki, diplom alan şəxsi ikinci dəfə imtahan etsin:

“Bu qərar abituriyentlərin ölkədən pul çıxarmamasına hesablanıb. Dava pul davasıdır.  Büdcəyə vətəndaşların cibindən  pul ödəmək istəyirlər. Zəif tələbə burda da, xaricdə oxuyanların arasında da var. Lakin bu fərqlənmə, diskriminasiya siyasi qərardır”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky