Dünya Xəbərləri

BMT: Dünyada gündə orta hesabla 7000 uşaq ölür

BMT: Dünyada gündə orta hesabla 7000 uşaq ölür

Qlobal bərabərsizliyin azaldılması vəziyyətində bir çox ölümün qarşısını almaq mümkün olacaq. Yüksək gəlir səviyyəli ölkələrdə qeydə alınan orta hesabla ölüm nisbəti bütün ölkələr tərəfindən formalaşdırılsaydı, 2016-cı ildəki 5 yaşından kiçik uşaq ölümlərinin 87%-nin qarşısı alınmış olardı.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı və UNDESA Əhali Bürosunun formalaşdırdığı Təşkilatlar Arası Uşaq Ölümləri Proqnoz Qrupu (İGME) birgə hesabat hazırlayıb.

Hesabatda bugünkü vəziyyət nəzərə alınaraq 2017-2030-cu illər arasında 60 milyon uşağın 5 yaşı olmadan dünyasını dəyişəcəyi və bu uşaqların yarısını yeni doğulan uşaqların təşkil edəcəyi bildirilib.

Yeni doğulan uşaq ölümlərinin böyük hissəsinin Cənubi Asiya və (39%) Səhraaltı Afrikada (38%) baş verdiyi bildirilsə də, hesabatda, yeni doğulan ölüm hallarının yarısının Hindistan (24%), Pakistan, (10%) Nigeriya (9%), Konqo Demokratik Respublikası (4%) və Efiopiyada (3%) qeydə alındığı bildirilib.

Hesabatda sətəlcəm və ishalın 5 yaşdan aşağı uşaq ölümlərinə yol açan infeksiya xəstəliklərinin ən əsas səbələrdən olduğu bildirilib.

Qlobal bərabərsizliyin azaldılması vəziyyətində bir çox ölümün qarşısını almaq mümkün olacaq. Yüksək gəlir səviyyəli ölkələrdə qeydə alınan orta hesabla ölüm nisbəti bütün ölkələr tərəfindən formalaşdırılsaydı, 2016-cı ildəki 5 yaşından kiçik uşaq ölümlərinin 87%-nin qarşısı alınmış olardı. Bu təxminən 5 milyon insanın ölümünün qarşısının alınması deməkdir.

BMT-nin dərc etdiyi yeni hesabatda, 5 yaşa qədər ölən uşaqların sayının 2000-ci ildə 9,9 milyon olsa da, bu rəqəmin 2016-cı ildə 5,6 milyona düşdüyü qeyd olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky