Amerika Xəbərləri

Trampın reytinqi rekord səviyyədə aşağı düşdü

Trampın reytinqi rekord səviyyədə aşağı düşdü

Demokratlar sırasında isə cəmi 5 faiz partiya üzvü dövlət başçısının fəaliyyətini dəstəkləyir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Trampın reytinqi rekord səviyyədə aşağı düşüb.

CNN-in verdiyi xəbərə görə, onların SSRS mərkəzi ilə birlikdə keçirdikləri sorğunun nəticələrinə əsasən, D.Trampın fəaliyyətini respondentlərin cəmi 35 faizi dəstəkləyib.

Telekanal qeyd edir ki, bu göstərici ötən ilin dekabrında qeydə alınmışdı. 2018-ci ilin yanvarında 5 faiz artan reytinq bir ay sonra yenidən aşağı düşüb.

Trampın respublikaçılar arasında dəstəyi minimal səviyyəyə enib. Hazırda onun işini respublikaçıların 80% dəstəkləyir. Bundan əvvəlki antirekord 81% idi.

Demokratlar sırasında isə cəmi 5 faiz partiya üzvü dövlət başçısının fəaliyyətini dəstəkləyir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky