Amerika Xəbərləri

Trampdan etiraf: "Uduzduq"

Trampdan etiraf:

Tramp: "Bağışlayın, dəyişikliklər zamanı gəlib. Amerikanı yenidən böyük etməyin zamanı çatıb".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ bütün ticarət sövdələşmələrində uduzub, poladəritmə və alüminium sənayesi demək olar ki, tamamilə dağılıb.

Məlumata görə, belə bir etirafı ABŞ prezidenti Donald Tramp edib.

Amerikalı lider deyib: "Biz bütün ticari sövdələşmələrdə uduzan tərəf olmuşuq. Dostlarımız da, düşmənlərimiz də uzun illər ABŞ hesabına mənfəət əldə edib. Bizim polad və alüminium istehsalımız məhv olub".

Tramp daha sonra belə bəyan edib: "Bağışlayın, dəyişikliklər zamanı gəlib. Amerikanı yenidən böyük etməyin zamanı çatıb".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky