Amerika Xəbərləri

Tramp İİR-la bağlı verdiyi rəsmi açıqlamada öz fikirlərini darmadağın etdi

Tramp İİR-la bağlı verdiyi rəsmi açıqlamada öz fikirlərini darmadağın etdi

İlk öncə “İran nüvə silahının hazırlanmasına yaxın belə durmamalıdır” deyən Tramp jurnalistə belə cavab verdi: "... Ancaq sizə bir şeyi dəqiq deyə bilərəm, onlar heç bir halda nüvə silahı hazırlamayacaqlar".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, uşaq qatili olan sionist israil reiminə tam dəstək verən ABŞ prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Angela Merkellə birgə verdiyi mətbuat konfransında İran İslam Respublikasının nüvə proqramını Merkellə müzakirə etdiyini diqqətə çatdırıb.

İran İslam Respublikasına qarşı şiddətli bəyanatlarla çıxış edən Tramp ilk öncə belə deyib: “Bu qana susamış rejimin nüvə silahına yaxın belə durmaması üçün, həmçinin təhlükəli raketləri yaymasına əngəl olmaq və terrora göstərdiyi dəstəyə son qoymaq üçün əlimizdən gələni etməliyik”.  

Lakin jurnalistlərdən biri onun İran İslam Respublikasına hərbi müdaxilə etməyə hazır olub-olmadığı haqda sual etdikdə Tramp özü də bilmədən İİR barədə bir neçə saniyə öncəki çıxışlarını unudaraq deyib: “Hərbi güc tətbiq edəcəyik, ya yox, bunu müzakirə etmək niyyətində deyiləm, bu məsələni burada müzakirə etmək yersizdir. Ancaq sizə bir şeyi dəqiq deyə bilərəm, onlar heç bir halda nüvə silahı hazırlamayacaqlar. Buna əmin olun”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky