Amerika Xəbərləri

ŞOK: Texasda Kilsədə atışma, 26 nəfər ölüb 20 nəfər isə yaralanıb

Ötən gün kilsəyə ibadətə gəlmiş insanlara silahlı basqın olunub.

  • News Code : 864976
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Silahlı basqın edən 26 yaşlı Devin Keli adlı şəxsdir. O, 25 nəfəri kilsə daxilində qətlə yetirib, 2 nəfərin cəsədi isə, kilsədən qırağda tapılıb. Hadisə yerinə gələn təcili tibb yardımçıları isə 20 yaralını xəstəxanaya yerləşdiriblər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Texasın cənubunda yerləşən Saderland şəhərciyindəki Frest Baptist kilsəsində atışma baş verib.

Belə ki, ötən gün kilsəyə ibadətə gəlmiş insanlara silahlı basqın olunub. Silahlı basqın edən 26 yaşlı Devin Keli adlı şəxsdir. O, 25 nəfəri kilsə daxilində qətlə yetirib, 2 nəfərin cəsədi isə, kilsədən qırağda tapılıb. Hadisə yerinə gələn təcili tibb yardımçıları isə 20 yaralını xəstəxanaya yerləşdiriblər.

Hal şahidlərinin bildirdiyinə görə, qatil insanlara atəş açadıqdan sonra Martin adlı şəxs cibindəki tapançanı çıxardaraq ona atəş açıb. Daha sonra qatil maşınına minərək hadisə yerini tərk edib.

Texas polisinin bildirdiyinə görə, hadisədən bir müddət sonra, qatili maşınında ölmüş vəziyyətdə tapılıb. Lakin ölümünün səbəbi hələ məlum deyil. Qatil özünə intihar etmişdir yoxsa Martinin açdığı atəş nəticəsində ölmüşdür?.

Məlumata görə, öldürülən arasında 5 və 72 yaşı olan insanalr da vardır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky