Madoro özünə qarşı terror planının ABŞ tərəfindən hazırlandığını dedi

Madoro özünə qarşı terror planının ABŞ tərəfindən hazırlandığını dedi

Venesuela prezidenti ona edilən sui-qəsddən xilas olduqdan sonra, bu terror planının arxasında Venesueldakı sağçılar, Kolumbiya və Amerikanın durduğunu bildirib.

Asoşeyted Press-in verdiyi məlumata görə, Venesuela prezidenti Nikolas Madoro hərbi mərasimdə etdiyi çıxışını, partlayıcı qurğular quraşdırılmış "dron"lar ilə edilən hücumun ardınca, yarımçıq kəsərk,  hadisə yerindən uzaqlaşmasından bir saat sonra bu sui-qəsd planının arxasında ABŞ tərəfindən himayə olunan sağçı müxalifətin durduğunu bildirib.

Madoro həmçinin deyib: ilkin araşdırmalara əsasən bu terror hücumu Kolumbiyada planlaşdırılıb və bu əməliyyatla bağlı artıq bir neçə nəfər saxlanılıb.

Venesuela prezidenti əlavə edib: Bu əməliyyatı maliyyələşdirən bəzi tərəflər ABŞ-ın Florida Ştatının cənub-şərqində, Mayami şəhərində yaşayırlar.

Madoro daha sonra ABŞ prezidenti Donald Trampın terrorizm ilə mübarizə aparmaq istəyəcəyinə ümidvar olduğunu deyib.

Bazar günü səhər Venesuela prezidenti Nikolas Madoro bir hərbi mərasimdə çıxış edərkən, bir neçə güclü partlayış baş verib. Partlayışların ardınca Madoro mərasimin keçirildiyi məkanı tərk etməyə məcbur olub.

Hadisənin ardınca Venesuelanın təhlükəsizlik naziri Xorxe Rodriqez partlayıcı qurğuya malik olan bir ədəd "dron"un Madoronun çıxış etdiyi məkanın yaxınlığında partladıldığını bildirib. Madoro bu hadisədən heç bir xəsarət almayıb.

Partlayış nəticəsində 7 hərbçi yaralanıb.
............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky