Amerika Xəbərləi

Kaliforniyada cühüd irqçiləri Qurani Kərimə qarşı görünməmiş təhqir ediblər – Foto

Polis Qurani Kərimin səhifələrinə təhqiredici sözlərin və söyüşlərin yazıllıdığını müşahidə etdi.

  • News Code : 843979
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Sakramento şəhər polisi: “Baş verən hadisədə heç bir cinayət motivi aşkarlanmayıb (!). Və bu hadisəni heç bir vəchlə nifrətedici cinayətlər fonuna yazmaq olmaz.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerika Birləşmiş Ştatlarında İslami Dəyərlərə basqı və İslamfobiya siyasətlərinin davamında bir cühüd irqçi Qurani Kərimə qarşı görünməmiş təhqirə keçib.

Belə ki, cühüd irqçi Qurani Məcidi donuz piyi ilə dolu bir qabda qərar verərək Kaliforniyanın Sakramento şəhərindəki Məscidə post edib.

Məscidin məsul şəxsləri və Amerika İslami Əlaqələr İcmasının icraçı müdiri baş vermiş cinayətlə bağlı bildiriblər: “Məscidə ünvanlanmış qutudan şübhələndiyimiz üçün onu açmayaraq polisə zəng edib Məscidə dəvət etdik. Polis Məscidə gələrək şübhəli qutunu açdı və donuz piyi ilə dolu qutu daxilində Qurani Kərimin qoyulduğunu eləcə də, Qurani Kərimin səhifələrinə təhqiredici sözlərin və söyüşlərin yazıllıdığını müşahidə etdi.”

Sakramento şəhər polisinin məsul şəxslərindən olan Linda Metio baş vermiş hadisəylə bağlı təəssüf keçirtdiyini bildirərək deyib: “Baş vermiş hadisə ilə bağlı ilkin araşdırmalar aparılıb. Qutunun Hyuston şəhərdən göndərildiyi müəyyən edilib. Göndərən şəxsin 40 – 50 yaş arasında olan bir qadının olduğu güman edilir.”

Lakin buna baxmayaraq Sakramento şəhər polisi vurğulayaraq bildirib ki, baş verən hadisədə heç bir cinayət motivi aşkarlanmayıb (!). Və bu hadisəni heç bir vəchlə nifrətedici cinayətlər fonuna yazmaq olmaz.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky