Amerika Xəbərləri

Hicab Kanada polisinin uniformasına daxil edilə bilər

  • News Code : 862679
  • Source : Deyerler “Cbc.ca”-ya istinadən
Brief

Kanada polis rəisi Çarlz Bourdlu: “Polisin ümumi siyasətinin mədəni və dini fərqliliklərə hörmət göstərməkdir. Ancaq polis qanunlarına görə, polis qüvvələrinin uniformaları peşələrinə uyğun olmalıdır”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kanada polisi uyğunlaşma (adaptasiya) siyasətləri istiqamətində müsəlmanları polis olmağa təşviq etmək üçün hicablı uniforma planını təhlil edir.

Kanadanın paytaxtı Ottavada ilk müsəlman polis zabiti Leyla Şiblinin müsahibəsində hicablı uniformanın müsəlman qızları polis olmağa təşviq etmədə bir amil olacağını deməsindən sonra, şəhərin polis rəisi bu layihənin proqramlarına daxil edildiyini söyləyib.

Kanadadakı polis rəisi Çarlz Bourdlu oktyabrın 23-də şəxsi Twitter səhifəsində tezliklə bu layihənin layihəsini həyata keçirməyi düşündüklərini yazmışdı.

“Polisin ümumi siyasətinin mədəni və dini fərqliliklərə hörmət göstərməkdir. Ancaq polis qanunlarına görə, polis qüvvələrinin uniformaları peşələrinə uyğun olmalıdır”, - deyə o bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky