Amerika Xəbərləri

Etiraflar davam etməkdədir: Vaşinqton ilə Ər-Riyad Suriyanın gələcəyini B.Əsədsiz görmür

Adil Əl-Cübeyr müxaliflərə açıq şəkildə Əsədin qalacağını bildirsə də müxaliflərin bunu qəbul etməsi çətin bir haldır.

  • News Code : 850640
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

ABŞ-ın Suriyadakı sabiq səfiri Robert Ford: "İndi Bəşəşar Əsədi vəzifəsindən çıxaracaq heç bir hərbi qüvvə və ittifaq yoxdur. Başda Amerika olmaqla, hər kəs Əsədin qalmalı olduğunu başa düşdü".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Associated Press (AP) Xəbər Agentliyi Vaşinqton ilə Ər-Riyadın suriyalı müxaliflərlə Bəşşar Əsədin Suriyanın gələcəyindəki rolunu qəbul etdirmək üçün diplomatik danışıqlar apardıqlarını bildirib.

AP müxalifləri dəstəkləyən Qərb ölkələrinin və region güclərinin hazırda Suriya hökumətinin dəyişməsindən çox bölgədəki maraqlarını qorumağa istiqamətləndiklərini və Bəşşar Əsədin iqtidardan getməsi ilə bağlı tələblərindən imtina etdiklərini yazıb.

ABŞ-ın Suriyadakı sabiq səfiri Robert Ford belə danışıb: "İndi Bəşəşar Əsədi vəzifəsindən çıxaracaq heç bir hərbi qüvvə və ittifaq yoxdur. Başda Amerika olmaqla, hər kəs Əsədin qalmalı olduğunu başa düşdü".

Suriyadakı qarşıdurmalar azaldı və ölkənin rəsmi hökuməti hazırda ölkədə qərblilərin nəzarət etdiyi rayonlarının böyük bir hissəsini ələ keçirdi. İŞİD və Əl-Qaidə terrorçu qrupları, ABŞ-ın dəstəklədiyi kürd qruplar və Türkiyənin dəstəklədiyi müxalif qruplar, şimal, şərq və cənub bölgələrində qalan yerləri əllərində saxlayırlar.

Müxaliflərin nəzarətindəki bəzi bölgələrdə qarşıdurmalar müəyyən qədər davam etsə də, Rusiyanın dəstəyi ilə yaradılan etibarlı bölgələr, müxaliflərin nəzarətində olan bölgələrdəki münaqişələri ciddi səviyyədə azaldıb.

AP hazırladığı xəbərində, Cenevrədə yeni bir sülh müzakirələri dövrünün başlayacağını deyib. Həmçinin müxaliflərin əsas nümayəndələrinin, yəni Ali Müzakirə Komitəsinin qatılacağı bu müzakirələrdə bəzi həqiqətlərin açıqlanacağı və qəbul ediləcəyi qeyd olunub.

Səudiyyə rejiminin xarici işlər naziri Adil Əl-Cübeyr müxaliflərə açıq şəkildə Bəşşar Əsədin hakimiyyətdə qalacağını bildirərək hələlik Suriya dövləti ilə müharibənin dayandırılmasını söyləyib.

Bunu qəbul etmək suriyalı müxalif qruplar üçün olduqca çətin bir haldır. Bu həftə Ər-Riyadda keçirilən iki günlük danışıqlarda Ali Müzakirə Komitəsinin nümayəndə heyəti Bəşşar Əsədin geri çəkilməsi məsələsində israr etdilər. Bunun müqabilində Rusiyanın dəstəklədiyi müxalif qrup isə, Bəşşar Əsədin getməsinin danışıqların əsas şərti olmamalı olduğunu vurğulayıblar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky