Beynəlxalq İctimaiyyətdən Tələb

BMT-dən insan qatilinə son şans verilib

  • News Code : 854932
  • Source : Fakt Xeber
Brief

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres Myanmarın Nobel mükafatlı XİN rəhbəri Aunq San Suu Çiinin ölkədəki vəziyyəti əksinə çevirməsini gözlədiyini bildirərək, "Bir şansı var, bunu etmək üçün son şansıdır", - deyib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres BBC-nin HARDTalk proqramına verdiyi müsahibədə Myanmarın Nobel mükafatlı XİN rəhbəri Aunq San Suu Çii arakanlı müsəlmanlar məsələsində dərhal hərəkətə keçməsə, baş verəcək faciənin bütün aspektlərinin dəhşətli olacağını deyib.

Myanmardakı demokratiyanın hələ də problemli olduğunu vurğulayan Quterres, ölkədə ordunun hakimiyyəti əlində saxladığını və Arakan əyalətində baş verənlərdən məsuliyyət daşıdığını söyləyib.

Quterres, "Təbii ki, ölkənin liderinin vəziyyəti nəzarət etməsi və əksinə çevirməsini gözləyirəm. Bir şansı var, bunu etmək üçün son şansı var", - deyə bildirib.

Ordunun hücumunun "etnik təmizlik" dərəcəsinə çatacağı xəbərdarlığını edən Quterres, "Əgər vəziyyəti indi əksinə döndərməsə, baş verəcək faciə tamamilə dəhşətli olacaq və çox təəssüf ki, bunun gələcəkdə necə kompensasiya ediləcəyinə dair bir yol görmürəm", söyləyib.

Myanmar ordusunun Arakanda mülki vətəndaşlara qarşı hücumlarında 25 avqustdan bu yana minlərlə müsəlman öldürülüb. Myanmar rəhbərliyinin bölgəyə giriş-çıxışlara icazə verməməsinə görə ölən mülki vətəndaşların sayı tam olaraq müəyyən deyil.

Hücumlarda 200-ə qədər kənd ordu və buddist rahiblər tərəfindən yandırılıb, ya da yararsız hala gətirilib. On minlərlə arakanlı müsəlman təhlükəsizlik səbəbilə hələ də regiondan uzaqlaşmağa çalışır. Myanmardan qaçan vətəndaşlar dağlıq bölgələr, Naf çayı, ya da dəniz yolu ilə Banqladeşə keçir.

Banqladeşə 25 avqustdan bu yana 400 minə yaxın arakanlı müsəlman mühacirət edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky