Amerika Xəbərləri

Amerikalılar Ağ Evin qarşısında silahdan istifadəyə etiraz ediblər

Amerikalılar Ağ Evin qarşısında silahdan istifadəyə etiraz ediblər

Aksiya iştirakçıları Ağ Evin qarşısında üç dəqiqə ərzində yerdə uzanaraq hökuməti silah satışlarına dair qanunlara dəyişiklik etməyə çağırıblar.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fevralın 19-da bir neçə tələbə və şagird Ağ Evin qarşısında etiraz aksiyası keçiriblər.

Məlumata görə, aksiya iştirakçıları Ağ Evin qarşısında üç dəqiqə ərzində yerdə uzanaraq hökuməti silah satışlarına dair qanunlara dəyişiklik etməyə çağırıblar.

Bununla da iştirakçılar ötən həftə Florida ştatında törədilmiş silahlı insident zamanı qısa müddətdə xeyli sayda insanın həlak olması və yaralanmasını ifadə etməyə çalışıblar.

Xatırladaq ki, fevralın 14-də Florida ştatındakı Marcori Stounman Duqlas məktəbində 19 yaşlı Nikolas Kruz tərəfindən üç dəqiqə ərzində törədilmiş silahlı insident nəticəsində 17 nəfər həlak olub, 14 nəfər yaralanıb. N.Kruz bu qanlı qırğını “AR-15” avtomat tüfəngi ilə törədib. Bu gün yayılmış yeni məlumata əsasan, qətliamdan qabaq Kruz 10 ədəd “AR-15” avtomat tüfəngi almağa nail olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky