Amerika Xəbərləri

Amerikalı məktəblilər Konqres qarşısında silah daşıma qanunlarına etiraz ediblər

Amerikalı məktəblilər Konqres qarşısında silah daşıma qanunlarına etiraz ediblər

Məktəblilər " Təhlükəsiz məktəblər istəyirik" , " Amerikalı gəncləri silah satan şirkətlərə tərcih edin! " kimi şüarlar səsləndiriblər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerikada yeniyetmə məktəblilərdən ibarət bir qrup silah satışı və sərbəst silah gəzdirmə qanunlarına etiraz əlaməti olaraq Konqres qarşısında aksiya keçirib.

Amerikalı məktəblilər bu aksiyada silah gəzdirməyə qarşı şuarlardan ibarət plakatlar daşıyıblar və uşaqlara dəstək verilməsi, qan tökülməsinə son qoyulmasını istəyiblər.

Məktəblilər " Təhlükəsiz məktəblər istəyirik" , " Amerikalı gəncləri silah satan şirkətlərə tərcih edin! " kimi şüarlar səsləndiriblər.

Florida ştatında da mədəni fəallar Pensakula şəhərində bilbordlar quraşdıraraq Milli Silah Cəmiyyətini terror təşkilatı adlandırıblar.

Lasveqas şəhərində və Kentaki ştatında da bu kimi elanlar şəhərə quraşdırılıb.

Amerikanın Milli Silah Cəmiyyəti bu ölkənin yüksək çinli rəsmiləri və konqresə dərin nüfuza malikdir və daima sərbəst silah gəzdirmə qanununun dəyişdirilməsinə maneəçilik yaradır.

Floridada bir məktəbdə baş verən qanlı atışma Amerikada silaha nəzarət üçün tələbatın artmasına səbəb olub. Həmin atışmada 17 nəfər öldü, 50 nəfər yaralandı.

Bu ölümcül atışmadan sonra Milli Silah Cəmiyyəti ilə əlaqəsini kəsən şirkətlərin siyahısı gün-gündən böyüməkdədir.

Amma Silaha nəzarət barədə tələblər artsa da ABŞ prezidenti bunun əlayhinədir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky