Amerika Xəbərləri

Ağ Evdə istefa və kənarlaşdırma sunamisi

Ağ Evdə istefa və kənarlaşdırma sunamisi

Vaşinqton Post qəzeti: "Bu rəsmilər əsasən 3 formada Ağ Evdən ayrılıblar: qovulublar, təzyiq altında istefa verməyə məcbur olublar və ya könüllü olaraq Trampın komandasını tərk ediblər."

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Vaşinqton Post qəzeti Donald Trampın prezidentliyinin birinci ilində 37 dövlət rəsmisinin istefa verdiyi və ya vəzifədən kənarlaşdırıldığını yazıb.

Vaşinqton Post qəzetinin yazdığına görə, bu rəsmilər əsasən 3 formada Ağ Evdən ayrılıblar: qovulublar, təzyiq altında istefa verməyə məcbur olublar və ya könüllü olaraq Trampın komandasını tərk ediblər.

Ağ Evdə sunami. Trampın dəstəsindən qovulanlar sırasında yer alan Ağ Evin keçmiş şöbə müdiri Ağ Evin sanki qapalı hərbi zona elan edildiyini deyir: “Ağ Evi qorxu bürüyüb. İnsanlar bir-biriləri ilə danışmağa belə cürət etmirlər. Çoxları Ağ Evdən gemək istəyir.”

Ağ Evdəkilərin vəziyyəti həqiqətən çox acınacaqlıdır və tez-tez yalan detektorundan keçməyə məcbur edilirlər.

Məxfi məlumatlara girişləri davamlı olaraq məhdudlaşdırılır. Amerikalı jurnalist və teleaparıcı Selen Mendoza deyir: “Ağ Ev ictimaiyyətin məlumatlandırılmasında pis rəftar edir. Tramp kimi işçiləri də çəkinmədən durumun nə olduğunu açıqlasınlar. Bəlkə dərdlərinə bir çarə tapıldı.”

Hərəni bir bəhanə ilə qovurlar. İndiyə kimi Stiv Banen, Skaramuçi, Hop Hiks, Felin və Şaun Spayser ilə yanaşı 32 nəfər səssiz və ya hay küy ilə Ağ Evdən göndərilib.   


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky