Amerika Xəbərləri

ABŞ YUNESKO-ya 600 milyon dollar borcludur

Aleksandr Kuznetsov: YUNESKO ciddi maliyə çətinliyi ilə üzləşib.

ABŞ YUNESKO-ya 600 milyon dollar borcludur

Kuznetsov: YUNESKO ciddi maliyə çətinliyi ilə üzləşib. Buna səbəblərdən biri də, ABŞ-ın təşkilata 600 milyon dollar borcu olmasıdır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiyanın YUNESKO-dakı daimi nümayəndəsi Aleksandr Kuznetsov bəyan edib ki, YUNESKO ciddi maliyə çətinliyi ilə üzləşib.

Aleksandr Kuznetsov buna səbəblərdən birinin ABŞ-ın təşkilata 600 milyon dollar borcu olması olduğunu söyləyib.

O, bu bəyanatı “İzvestiya” qəzetinə müsahibəsi zamanı edib. Aleksandrı Kuznetsovun sözlərinə əsasən, ABŞ 2012-ci ildən bəri YUNESKO-ya üzvlük haqqını ödəməyib və 2017-ci ildə bu təşkilatdan çıxıb.

Diplomat əlavə edib ki, YUNESKO-nun bütün üzvləri təşkilatda islahat aparılmasının və yenilənməsinin tərəfdarıdır, lakin heç bir tərəf konkret addımların təklifləri irəli sürməyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky