Amerika Xəbərləri

ABŞ Suriyanın Deyr əz-Zor bölgəsində daha 24 dinc sakini həlak etdi

ABŞ Suriyanın Deyr əz-Zor bölgəsində daha 24 dinc sakini həlak etdi

ABŞ-ın idarə etdiyi koalisiya İraq və Suriyada indiyə qədər həyata keçirilən hücumlarda ən azı 841 dinc vətəndaşın öldüyünü də qəbul etmişdi.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələrinin fevralın 27-si gecə saatlarında Deyr əz-Zor bölgəsinə təşkil etdiyi hücumlarda ən az 24 dinc sakinin həlak olduğu bildirilib.

Məlumata görə, döyüş təyyarələrinin qaçqınların yerləşdiyi bölgəni hədəfə aldığı bildirilir.

ABŞ koalisiyasına məxsusu döyüş təyyarələri fevralın 25-ində 29 nəfəri öldürmüşdü. Suriya hökuməti də BMT və Təhlükəsizlik Şurasına ayrı-ayrı məktub göndərərək, Amerika və digər ölkələrin bu cinayətlərini qınamışdı.

Koalisiya Suriyada və İraqda İŞİD-ə qarşı əməliyyatlar həyata keçirir. İraqdakı əməliyyatlar Bağdadın razılığı çərçivəsində aparılsa da, Suriyada Dəməşq və ya BMT Təhlükəsizlik Şurası tərəfindən səlahiyyət verilməyib.

Koalisiya bir neçə gün əvvəl Deyr Əz-Zorda 12 dinc sakinin həlak olması ilə nəticələnən hava hücumu reallaşdırmışdı.

Koalisiya İraq və Suriyada indiyə qədər həyata keçirilən hücumlarda ən azı 841 dinc vətəndaşın öldüyünü də qəbul etmişdi.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky