Amerika Xəbərlrəi

ABŞ polisi öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar ödəyəcək

Tomas 2013-cü ildə polislə yaranan qarşıdurma əsnasında serjant Brian Markert tərəfindən öldürülmüşdü.

  • News Code : 842554
  • Source : Rakurs TV
Brief

Qeyd edək ki, bundan oncə ABŞ-ın Viskonsin əyalətində də federal məhkəmə 2 polis tərəfindən öldürülən bir qadının ailəsinə 7 milyon dollar məbləğində təzminat ödənilməsi barədə qərar vermişdi.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerika Birləşmiş Ştatlarında polis öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar məbləğində kompensassiya ödəməli olacaq.

Bu barədə məlumatı ABŞ-ın "Seattle Times" agentliyi yayıb.

Agentliyin məlumatına görə, ABŞ Federal Məhkəməsi polis tərəfindən öldürülən Leonard Tomasın ailəsinə 15 milyon dollar məbləğində kompensassiya ödənilməsi barədə qərar verib. Tomas 2013-cü ildə polislə yaranan qarşıdurma əsnasında serjant Brian Markert tərəfindən öldürülmüşdü. Həmin zaman o, silahsız olub.

Məhkəmənin qərarına görə, 4 yaşlı oğlunun gözü qarşısında öldürülən Tomasın haqları pozulub.

Polislər isə iddia edirdilər ki, Tomas hadisə əsnasında oğlundan canlı qalxan olaraq istifadə edibmiş. Məhkəmə bu qərarı ilə polislərin iddiasını rədd edib.

Qeyd edək ki, bundan oncə ABŞ-ın Viskonsin əyalətində də federal məhkəmə 2 polis tərəfindən öldürülən bir qadının ailəsinə 7 milyon dollar məbləğində təzminat ödənilməsi barədə qərar vermişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky