Amerikanın İşğalçılıq Siyasəti Səngimir

ABŞ işğalçıları Suriyanı bombaladı – 4 uşaq, 5 qadın həlak oldu

ABŞ işğalçıları Suriyanı bombaladı – 4 uşaq, 5 qadın həlak oldu

Mayın 1-də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq işğalçı koalisiyanın əl-Hasaka əyalətindəki əl-Fadel yaşayış məntəqəsinə endirdiyi aviazərbə nəticəsində 25 dinc sakin həyatını itirib. Bundan bir gün əvvəl isə işğalçı koalisiyanın Hama əyalətinə endirdiyi zərbə nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq işğalçı koalisiyanın Suriyanın əl-Hasaka əyalətinə endirdiyi aviazərbə nəticəsində 9 dinc sakin həyatını itirib.

Zərbə əl-Hasaka şəhərindən cənub-şərqdə yerləşən Hidaj kəndinə endirilib. Yerli televiziyanın məlumatına görə, raketlərin fərdi evlərə dəyməsi nəticəsində 4 uşaq və 5 qadın həyatını itirib.

Qeyd edək ki, mayın 1-də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq işğalçı koalisiyanın əl-Hasaka əyalətindəki əl-Fadel yaşayış məntəqəsinə endirdiyi aviazərbə nəticəsində 25 dinc sakin həyatını itirib. Bundan bir gün əvvəl isə işğalçı koalisiyanın Hama əyalətinə endirdiyi zərbə nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky