Amerika Xəbərləri

ABŞ-ın Suriyadakı son səfiri: Biz xəta etdik. Oyun bitdi. ABŞ İrana məğlub oldu!

ABŞ-ın Suriyadakı son səfiri bu ölkədə gedən hadisələrin pərdəarxası məqamlarından söz açıb.

  • News Code : 840649
  • Source : İslam Azeri
Brief

Robert Ford: “İran İslam Respublikası 1983-cü ildə Livanın paytaxtı Beyrut şəhərində olduğu kimi, amerikalıları Şərqi Suriyadan da geri çəkilməyə məcbur edəcək.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın Suriyadakı son səfiri olmuş (2011-2014-cü illər) Robert Ford "Al-Sharq Al-Awsat"a verdiyi müsahibədə bildirib ki, Suriya hökuməti və onun müttəfiqləri, o cümlədən İran, sonda ABŞ-ın Suriyadakı “ağalığı” əldə etmə səylərinin qarşısını ala biləcəklər.

“İran İslam Respublikası 1983-cü ildə Livanın paytaxtı Beyrut şəhərində olduğu kimi, amerikalıları Şərqi Suriyadan da geri çəkilməyə məcbur edəcək.”, - deyə Ford qeyd edib.

“İranın Suriyada olan nüfuzu və mövqeləri möhkəmlənməyə davam edəcək.”, - deyə o əlavə edib.

Daha sonra Ford Suriyadakı hadisələrin qarşıdakı illər ərzində necə inkişaf edəcəyi barədə öz versiyası barədə danışıb:

“Bəşər Əsəd ölkənin qərbindəki dayaq nöqtələrini yenidən öz nəzarəti altına alacaq, İran isə suriyameyilli qüvvələrə dəstək verərək onları gücləndirəcək. Həmin qüvvələr isə, 1980-ci illərdə İranın dəstəklədiyi “Hizbullah” hərəkatının etdiyi kimi, ABŞ-ı Şərqi Suriyadan tamamilə geri çəkilməyə vadar edəcək.”

Bundan əlavə, Robert Ford hesab edir ki, ABŞ rəhbərliyi öz hazırkı müttəfiqləri olan kürdləri sonda yarı yolda qoyacaq.

“Əsəd nəyə görə 2017-ci ilə qədər tab gətirərək hakimiyyətdə qala bildi?” sualının cavabında isə Ford deyib:

“Biz düşünürdük ki, Suriya ordusu zəifləyəcək və bundan sonra tam taqətdən düşənədək müdafiə mövqeyi tutacaq. Ya da ki, suriyalı əsgərlər ordudan fərar edəcəklər... 2013-cü ilin əvvəlində mən gözləyirdim ki, Əsəd öz hakimiyyətini əldən verəcək, lakin bu zaman “Əl-Kusəyr” döyüşü baş verdi və “Hizbullah” çox sayda əsgərini döyüş meydanına göndərdi. 2013-cü ilin sonunda isə, “Azad Suriya Ordusu”nun (ASO) bütün elementləri məğlubiyyətə uğradı və onların əvəzinə “Əhrar əş-Şam” və “Nusra Cəbhəsi” quruldu. ASO cənubda da heç bir uğur əldə edə bilmədi... Bundan sonda biz düşünürdük ki, Əsəd ancaq və ancaq Dəməşq, Lazkiyyə, Homs və Həmanı əldə saxlaya biləcək, Hələb və ya hər hansısa digər bir şərq şəhərinə nəzarət edə bilməyəcək. Faktiki olaraq, biz ehtimal edirdik ki, Suriya parçalanacaq. Lakin biz heç düşünməzdik ki, Rusiya və İran 2014 və 2015-ci illərdə Əsədin müdafiəsi üçün bu qədər böyük resurslar ayıracaq.”

“Əsəd qalib gəldi, mənim nəzərdə tutduğum odur ki, o, qalibdir; və ya  ən azından onun özü belə düşünür... Ola bilsin ki, Əsəd 10 ildən sonra bütün ölkəni öz nəzarəti altına geri qaytara biləcək.”, - deyə o sonda bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır    


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky