Amerika Xəbərləri

ABŞ-ın Bakıdakı səfirliyi 11 aprel prezident seçkilərinə dair mövqeyini açıqladı

ABŞ-ın Bakıdakı səfirliyi 11 aprel prezident seçkilərinə dair mövqeyini açıqladı

Birləşmiş Ştatlar ATƏT-in seçkilərin müşahidəçiləri aprelin 11 bəyan olunan ilkin qiymətləndirilmə ilə razıdır. İlkin hesabat məhdud siyasi mühit, fundamental prinsiplərin məhdudlaşdırılması, və rəqabət şəraitinin olmaması kimi bir sıra nöqsanları qeyd etmişdir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Birləşmiş Ştaların ATƏT-dəki Missiyasının 11 aprel prezident seçkilərinə dair bəyanatı ABŞ-ın Bakıdakı səfirliyinin rəsmi saytında yayımlanıb.

Müvəqqəti İşlər Vəkili Harri Kamian tərəfindən oxunan bəyanat belədir:

Birləşmiş Ştatlar Prezident Əliyev və azərbaycan xalqı ilə demokratiya və insan haqları, fundamental azadlıqlara hörmət, iqtisadi islahatlara və firavanlığa dəstək, və terrorçuluğa qarşı mübarizə kimi məsələlərdə daxil olmaqla müxtəlif səpkidə təmsil olunan sahələrdə işləməyə hazırdır. Biz həmçinin ATƏT-in Minsk Qrupu ilə davamlı fəaliyyət göstərərək Dağlıq Qarabağ münagişəsinin dinc həllinin tapilmasınada dəstək verməyə hazırıq.

Birləşmiş Ştatlar ATƏT-in seçkilərin müşahidəçiləri aprelin 11 bəyan olunan ilkin qiymətləndirilmə ilə razıdır. İlkin hesabat məhdud siyasi mühit, fundamental prinsiplərin məhdudlaşdırılması, və rəqabət şəraitinin olmaması kimi bir sıra nöqsanları qeyd etmişdir.

Seçkilərin təşkilatı yaxşı təşkil və təmin olunduğu vaxtda ATƏT-in olunması müşahidəçiləri seçki prosesininin geniş şəkildə pozulması hallarını, şffaflığın olmamasını, və seçki bulletenlərinin saxtalaşdırılması kimi çoxsaylı ciddi pozuntuları qeyd etmişdirlər. Biz Azərbaycan hökumətinin sözügedən məsələlərin ünvanlanmasına çağırırıq.

Çox sağ olun cənab Sədr.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky