Amerika Xəbərləri

Əsrin "bambılısı" Tramp terrorçuların Parisdə adamları necə güllələdiyini lağa qoydu

Trampın bu çıxışı Fransada hiddət doğurub.

Əsrin

Tramp terrorçuların Parisdə insanları necə güllələdiyini əyani şəkildə təsvir edib, barmaqlarını tapança kimi tutaraq bildirib: “Bumm! Növbəti! Bumm! Növbəti!...”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp Dallas şəhərində Milli Atıcılıq Assosiasiyasının illik konfrasındakı çıxışı ilə növbəti dəfə qalmaqal yaradıb.

Tramp amerikalılara silah məhdudiyyətinin tətbiq edilməsinə qarşı çıxaraq nüfuzlu silah lobbisinə öz dəstəyini ifadə edib. “Nə qədər ki mən prezidentəm-sizin Konstitusiyaya ikinci düzəlişə əsaslanan haqqınız heç vaxt atəş altında qalmayacaq” - o, bildirib.

Daha sonra Tramp amerikalıların silah daşımasına haqq qazandırmaq üçün Parisdə 2015-ci ildə İŞİD terrorçuları tərəfindən törədilmiş və 130-dan çox adamın ölümünə səbəb olmuş terror hücumunu misal göstərib. Deyib ki, əgər həmin vaxt insanlarda silah olsaydı onlar terrorçuların qarşısını ala bilərdilər. Lakin heç kimdə silah olmadığından azsaylı terrorçular insanları rahatca güllələyiblər və gediblər. Bunun ardınca Tramp terrorçuların insanları necə güllələdiyini əyani şəkildə təsvir edib, barmaqlarını tapança kimi tutaraq bildirib: “Bumm! Növbəti! Bumm! Növbəti!...”.

Trampın bu çıxışı Fransada hiddət doğurub. Fransa XİN bəyanat yayaraq ABŞ prezidentini terror hücumunda həlak olan Paris sakinlərinin ruhuna hörmətsizlikdə qınayıb. Bəynatda deyilir ki, Fransa atıcı silahlarla bağlı sərt qadağaların hökm sürdüyü ölkə olması ilə fəxr edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky