Afrika Xəbərləri

Somalinin paytaxtında törədilən partlayış nəticəsində 9 nəfər ölüb

  • News Code : 836564
  • Source : İslamin Sesi RİA Novosti agentliyinə istinadən
Brief

Qeyd edək ki, Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobil partladılıb.

Məlumata görə, hadisə nəticəsində qadın və uşaqlar daxil olmaqla azı 9 nəfər ölüb.

Partlayış şəhərin mərkəzində yerləşən “Posh Treats” restoranının qarşında törədilib.

Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky