Afrika Xəbərləri

Somali Ordusu əl Şəbab terrorçularının 23 ünsürünü darmadağın etdi

əl Şəbab terror qruplaşmasının Kisimayu şəhərinin şimalında yerləşən hərbi bazası darmadağın edildi.

  • News Code : 840737
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

əl Şəbab sələfi əqidəli terror qruplaşmasıdır. Somalidə fəaliyyət göstərən bu radikal qruplaşma 2012-ci ilə kimi rəsmi olaraq özünü beynəlxalq əl Qaidə terror qruplaşmasının bir qolu kimi qələmə verirdi. Lakin sonradan qondarma “İŞİD” adlı terror qruplaşmasına biət etdeiyini açıqladı. Terrorçu qruplaşma bu günə kimi Somalinin bir çox bölgələrinə nəzarət edir. Və bu ölkənin təhlükəsizliyini ciddi xətərə salaraq hətta qonşu ölkələrin sabitliyinə xələl yetirir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Somali Ordusunun spikeri deyib: “Somali Ordu Qüvvələrinin əl Şəbab terror qruplaşmasının Kisimayu şəhərinin şimalında yerləşən hərbi bazasına qarşı etdiyi hücumu nəticəsində 13 yaraqlı məhv edilmiş və daha 10 yaraqlı isə, müxtəlif dərəcəli bədən əxsarətləri alaraq yaralanmışdır.”

Spiker daha sonra deyib: “Əldə etdiyimiz məlumatlara görə, əl Şəbab terrorçu qruplaşması Somali hərbiçilərinin  Kisimayu şəhərindəki bazalarına qarşı əməliyyatlar aparacağı məlum oldu. Bu səbəbdən də, alternativ addım ataraq düşmənə qəfil hücum edib bazasını ələ keçirtdik.”

Qeyd edək ki, əl Şəbab sələfi əqidəli terror qruplaşmasıdır. Somalidə fəaliyyət göstərən bu radikal qruplaşma 2012-ci ilə kimi rəsmi olaraq özünü beynəlxalq əl Qaidə terror qruplaşmasının bir qolu kimi qələmə verirdi. Lakin sonradan qondarma “İŞİD” adlı terror qruplaşmasına biət etdeiyini açıqladı. Terrorçu qruplaşma bu günə kimi Somalinin bir çox bölgələrinə nəzarət edir. Və bu ölkənin təhlükəsizliyini ciddi xətərə salaraq hətta qonşu ölkələrin sabitliyinə xələl yetirir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır    


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky