Afrika Xəbərləri

Sələfi əqidəli "Boko Haram" terrorçuları 30 Nigeriya hərbçini həlak etdi

Sələfi əqidəli

Məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 16:00 radələrində baş tutub. Hücum nəticəsində 30 Nigeriya hərbçisi həlak olub, çox sayda yaralanan var.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, "Boko Haram" terrorçu qruplaşması Nigeriyanın şimal şərq nahiyyəsindəki Niger ilə sərhəd zonada yerləşən Borno ştatındakı hərbi bazaya hücum təşkil edib.

Məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 16:00 radələrində baş tutub. Hücum nəticəsində 30 Nigeriya hərbçisi həlak olub, çox sayda yaralanan var.

Qeyd edək ki, vəhhabiqidəli "Boko Haram" terrorçu qruplaşması 2010-cu ildəm bu günə kimi Nigeriyada 13 min sakinin həyatına son qoyub. Onlar azyaşlı oğlan uşaqlarını oğurlayır və onlara odlu silahlardan istifadə qaydasını və insan öldürməyi təlim keçirlər. Vəhhabi terror qruplaşması oğurladığı qız uşağı və qadınlara təcavüz edir və onların ailələrindən maddi yardım ala bilmədikdə həyatlarına son qoyurlar.

"Boko Haram" terror qruplaşması 2015-ci ilin mart ayında qondarma "İŞİD" terror qruplaşmasına biət andı içib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky