Afrika Xəbərləri

Nigeriyada Məscidə qarşı törədilən terror hadisəsində xeyli sayda ölən və yaralanan vardır

Məlumata görə, sionist ünsürü özünü partladaraq 8 Müsəlmanı Şəhid edib və daha 15 namaz əhlini ağır yaralamışdır.

  • News Code : 843013
  • Source : ABNA – Xəbər Agentliy
Brief

Nigeriya Milli Təcili Əməliyyatlar Mərkəzinin məsulu bu haqda danışaraq bildirib: “Baş vermiş terror hadisəsilə yanaşı daha 3 qadın kamikaze Mayduguri şəhərində müəyyənləşdirilmişdir. Onlardan ikisi Mamati məntəqəsində kamikaze əməliyyatını həyata keçirtmədən həlakətə uğramış, üçüncü ünsür isə, Simari məntəqəsi yaxınlığında özünü partlatmışdır.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Afrikada fəaliyyət göstərən və beynəlxalq əl Qaidə terror dəstəsinin qanadı sayılan Boko Haram terror qruplaşması son günlərdə Müsəlmanlar əleyhinə əməliyyatlarda qadın və cavan qızlardan xeyli istifadə edir.

Belə ki, ötən gün sübh namazı vaxtı Nigeriyanın Mayduguri şəhərindəki Məscidə belinə bomba kəməri bağlamış qadın kamikaze daxil olaraq özünü partladıb.

Məlumata görə, sionist ünsürü özünü partladaraq 8 Müsəlmanı Şəhid edib və daha 15 namaz əhlini ağır yaralamışdır.

Fransa xəbər agentliyinin verdiyi açıqlamada isə, deyilir ki, şəhər əhalisi qadının hərəkətlərindən şübhələnir və onu təqib etməyə başlayırlar. Qadın Məscidə yaxınlaşdıqda onun dayanmasını istəyirlər, lakin o heç kimə qulaq asmayaraq Məscidə daxil olur və özünü partladır.

Nigeriya Milli Təcili Əməliyyatlar Mərkəzinin məsulu bu haqda danışaraq bildirib: “Baş vermiş terror hadisəsilə yanaşı daha 3 qadın kamikaze Mayduguri şəhərində müəyyənləşdirilmişdir. Onlardan ikisi Mamati məntəqəsində kamikaze əməliyyatını həyata keçirtmədən həlakətə uğramış, üçüncü ünsür isə, Simari məntəqəsi yaxınlığında özünü partlatmışdır.”

Sky Nyus-un bildirdiyi xəbərdə deyilir: “Bu bir həftə daxilində artıq ikinci kamekaze əməliyyatıdır ki, Mayduguri şəhərində 4 qadın həyata keçirir.”

Qeyd edək ki, ötən həftənin Bazar ertəsi günü də bir qadın terrorçu Mayduguri şəhərində özünü partladaraq 19 sivili Şəhid etmiş və daha 23 sivili müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır yaralamışdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky