Afrika Xəbərləri

Libiya Milli Ordusu azad etdiyi Benqazi şəhərində təmizlənmə əməliyyatlarını davam etdirir - Foto

  • News Code : 841111
  • Source : ABNA – Xəbər Agentliyi
Hazırda şəhərin bəzi məhəllə və məntəqələrində parakəndə sürətdə atışmalar gedir. Libiya Milli Ordusu və Könüllü Xalq Dəstələri şəhərdə təmizlənmə işlərinə davam etdirirlər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, artıq 4 gündür ki, Libiya Milli Ordusu və Könüllü Xalq Dəstələri Benqazi şəhərini qondarma “İŞİD” adlı terror qruplaşmasının caynaqlarından azad ediblər. Bu haqda televiziya açıqlamasında Libiya Milli Ordusunun komandiri general Xəlifə Haftar bildirmişdir.

Hazırda şəhərin bəzi məhəllə və məntəqələrində parakəndə sürətdə atışmalar gedir. Libiya Milli Ordusu və Könüllü Xalq Dəstələri şəhərdə təmizlənmə işlərinə davam etdirirlər.

Qeyd edək ki, Benqazi şəhəri üç il idi ki, ABŞ, Qərb dövlətləri, sionist israil rejimi və Səudiyyə sülaləsinin tam dəstəyi ilə, dəstəklənən “İŞİD” terror qruplaşmasının işğalında idi. Məlumata görə, şəhərin azad olması uğrunda son günlər gedən ağır döyüşlərdə Milli Ordu qüvvələrinin və Könüllü Xalq dəstələrinin xeyli sayda üzvləri qəhrəmancasına həlak olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır    


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky