Afrika Xəbərləri

İxavnçılara aid Həms terror təşkilatı Misirin 60 polisin öldürdü

Misirin Ciza rayonunda polislə terrorçular arasında silahlı toqquşma olub.

  • News Code : 861687
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Misirin əl Həds TV kanalının verdiyi məlumata görə, terror haqda məlumat alan polis qüvvələri təyin olunmuş məntəqəyə gedərək sələfi yaraqlılarının gizli qərərgah kimi istifadə etdikləri binaya daxil olmaq istədikdə iki tərəfdən terrorçuların atəşinə məruz qalıblar.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Misirin Ciza rayonunun əl Vahidat şəhərində polislə terrorçular arasında silahlı toqquşma baş verib.

Misirin əl Həds TV kanalının verdiyi məlumata görə, terror haqda məlumat alan polis qüvvələri təyin olunmuş məntəqəyə gedərək sələfi yaraqlılarının gizli qərərgah kimi istifadə etdikləri binaya daxil olmaq istədikdə iki tərəfdən terrorçuların atəşinə məruz qalıblar.

Binada Həsm terror qrupaşmasının 8 üzvünün olduğu bildirilib. Belə ki, qeyd olunan terror qruplaşması ötən il Qahirə Məhkəmə sisteminin hakimlərinə və polis məmurlarına qarşı silahlı hücumlar təşkil etmişdir.

Misir polisi elan edib ki, terrorçular polis əməkdaşlarına qarşı mina atanlardan, partlayıcı maddələrdən istifadə ediblər.

Məlumata görə, silahlı toqquşma nəticəsində 60 polis həyatını itirib, 6 polis isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Həyatını itirənlərin sayının artacağı qeyd edilir.

Bildirək ki, Misir dövləti Həsm qruplaşmasını sələfiməsləkli İxvanul Muslimin təşkilatının hərbi qolu kimi tanıyır. Lakin İxvanul Muslimin təşkilatının məsulları bu ittihamı rədd edirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky