Afrika Xəbərləri

Cənubi Afrikada Şiələrin Məscidinə silahlı basqın, 1 nəfər Şəhid 3 nəfər yaralı - Foto

Cənubi Afrikada Şiələrin Məscidinə silahlı basqın, 1 nəfər Şəhid 3 nəfər yaralı - Foto

Silahlı yaraqlılar Durban şəhəri yaxınlığında yerləşən Verulam şəhərciyindəki İmam Hüseyn (əleyhi səlam) adına Məscidə soyuq silahla basqın edərək Məscidin İmamı höccətül İslam vəl Müslimin Əli Yusifi, Məscidin xadimi Muhəmməd Əbbas İsupu daha digər bir namaz qılan şəxsi bıçaqlamışlar.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ, Qərb İttifaqı, Səudiyyə, Ərəb ölkələri, Türkiyə başda olmaqla sionist yəhudi rejiminin dəstək verdiyi sələfi terrorçuları Cənubi Afrikada da, günahsız Şiələrə qarşı hücuma keçiblər.

Məlumata görə, silahlı yaraqlılar Durban şəhəri yaxınlığında yerləşən Verulam şəhərciyindəki İmam Hüseyn (əleyhi səlam) adına Məscidə soyuq silahla basqın edərək Məscidin İmamı höccətül İslam vəl Müslimin Əli Yusifi, Məscidin xadimi Muhəmməd Əbbas İsupu daha digər bir namaz qılan şəxsi bıçaqlamışlar.

Terror hadisəsi zamanı sələfilər Məscidin xadimi Muhəmməd Əbbas İsupun boğazını kəsərək Şəhid etmiş və digərlərini isə qarın və bud nahiyyələrini doğramışlar. Yaralıların durumu xeyli ağırdır.

Terrorçular daha sonra Məscidin kiabxanasına koktel molotov ataraq külə döndəriblər.

Hal şahidlərinin bildirdiyinə görə, terrorçular üç nəfər olublar. Onların Misirli olma ehtimalı güclüdür. Yaraqlılar terror hadisəsini törətdikdən sonra ağ rəngli hunday avtomabillinə minərək hadisə yerini tərk etmişlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky