Həcc və Ziyarətlər Xəbəri

İİR və Səudiyyə Ərəbistan Həcc ziyarəti ilə bağlı razılığa gəlib

İran İslam Respublikasının zəvvarları cari ilin Həcc mövsümündə Səudiyyə Ərəbistanına səfər edəcəklər.

  • News Code : 818357
  • Source : ABNA – Xəbər Agentliyi Kütləvi İnformasiya Xəbərlərinə istinadla
Brief

Qeyd edək ki, 2015-ci ilin Həcc ziyarəti zamanı Səud şahzadəsinin Minanı ziyarət etmək bəhanəsi ilə, İranlı zəvvarların gediş-gəliş yolu xəbər edilmədən və ara yolları açmadan bağlanması səbəbindən böyük bir sıxlıq yaşandı. Nəticədə həmin il Mina faciəsində təkcə 466 iranlı zəvvar Şəhid oldu. Ümumilikdə isə, 7 min Hacının Şəhid olduğu vurğulandı. Bu səbəbdən də, rəsmi Tehran vətəndaşlarına Məkkəyə getməyi qadağan etmişdir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Həcc və Ziyarət Təşkilatı açıqlama verərək bu il iranlı zəvvarların Həcc mövsümündə Səudiyyə Ərəbistanına səfər edə biləcəklərini bildirib.

Rəsmi açıqlamada bildirilir ki, “İran xalqının diqqətinə çatdırırıq ki, cari ildə Həcc ziyarəti barədə Səudiyyə Ərəbistanı Həcc Nazirliyi ilə aparılan danışıqların ardınca və onlardan istədiklərimizin yerinə yetirilməsinə əmin olduqdan sonra İslam İnqilabının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei, İslam Respublikası məsul şəxsləri və İran xalqının istəyinə uyğun olaraq ölkəmizdən olan zəvvarların təhlükəsizliyinə, izzət və hörmətlərinin qorunmasına təminat verilir.

Əldə olunan razılığa əsasən konsulluq, tibbi yardım və digər ehtiyac olan xidmətlərin göstərilməsi nəzərdə tutulur. Allahın lütfü ilə cari ilin Həcc mövsümündə 85 min nəfərin Həcc ziyarətini yerinə yetirməsi üçün şərait yaranıb. Təbiidir ki, aparılan danışıqlarda müxtəlif məsələlər, o cümlədən Mina faciəsində şəhid olanlar, Məscidul-Haram hadisəsində şəhid olanlar haqqında danışılıb və ilk fürsətdə keçiriləcək mətbuat konfransında ona dair açıqlamalar veriləcək”.

Qeyd edək ki, 2015-ci ilin Həcc ziyarəti zamanı Səud şahzadəsinin Minanı ziyarət etmək bəhanəsi ilə, İranlı zəvvarların gediş-gəliş yolu xəbər edilmədən və ara yolları açmadan bağlanması səbəbindən böyük bir sıxlıq yaşandı. Nəticədə həmin il Mina faciəsində təkcə 466 iranlı zəvvar Şəhid oldu. Ümumilikdə isə, 7 min Hacının Şəhid olduğu vurğulandı. Bu səbəbdən də, rəsmi Tehran vətəndaşlarına Məkkəyə getməyi qadağan etmişdir.  

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky