Diqqət!!!

Naməhrəmlə real və virtual ünsiyyyət zamanı özünənəzarət

Naməhrəmlə real və virtual ünsiyyyət zamanı özünənəzarət

Naməhrəmə evlənmək hədəfi olmadan simpatiya bəsləmək insanı şeytanın tələsidir və bu "simpatiya" da boş yerə yaranmamışdır. Onun səbəbini tapmağa çalışın. Bəlkə bu, səhlənkarlığın nəticəsidir? Bəlkə iman zəifliyidir? Bəlkə xəyalları nəzarətdən buraxmaq vərdişidir?..

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: Sevmək, simpatiya bəsləmək – qəlblə bağlı olan bir məsələdir. Zahirən, ixtiyarsız ola bilir. Amma mömin bunu iradəsinə tabe etdirməlidir. Çünki, bu simpatiya insanı harama tərəf çəkir. İnsan çalışar ki, onunla rabitə qurulsun və söhbət edilsin. Ona baxmaqdan ləzzət alınsın. Bu da, günahdır.

Hәzrәt Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Kim gözünü haramla doldursa, Allah Qiyamət günü onun gözünü odla doldurar. Yalnız tövbə edən istisnadır."

Bu barədə bəzi tövsiyələrə diqqət edək:

1. Əgər kiminsə bir başqasını sevməsi evlənmək niyyətilə olarsa, gərək dərhal evliliyin zəminələrini hazır etsin. Münasib yolla elçiliyə gəlsin və bu məsələni dini və ürfi qaydada həll etməyə çalışsın. Ancaq əgər evlənmək niyyəti yoxdursa, bu sevgi onu Allahdan qafil edəcəkdir, zehni, fikiri giriftarlıqlar yaradacaqdır. Gərək təcili öz hisslərini nəzarətə alsın. Qiyamətin dəhşətini göz önünə gətirib, aqibətini məhv olmaqdan xilas etsin.

2. Kimisə nəticəsiz sevmək – get-gedə insanı o kəsə bağlayar və insan ifrat şəklində həmin kəsdən asılı edir. Bu hal da ciddi ruhi sarsıntıya, depressiyaya gətirib çıxardır ki, insana mənfi nəticələr gətirir. Ruhi xəstəliklər isə insanın izzət və şəxsiyyətini məhv edir.

3. Naməhrəmə evlənmək hədəfi olmadan simpatiya bəsləmək insanı şeytanın tələsinə salacaq və onu şeytani xəyallara aparacaq. İnsan iradəsiz və süst bir durumda olaraq, mənliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaq.

4. Hər bir şeyin səbəbi vardır və bu simpatiya da boş yerə yaranmamışdır. Onun səbəbini tapmağa çalışın. Bəlkə bu, səhlənkarlığın nəticəsidir? Bəlkə iman zəifliyidir? Bəlkə xəyalları nəzarətdən buraxmaq vərdişidir? Bəlkə insan yaxınlarına, əzizlərinə laqeyddir? Bəlkə insan gözlərinin önündə olan pərdələri görmür, onların mənfi təsirlərini dərk etmir. Bu səbəbləri tapıb onları aradan qaldırmağa çalışmaq lazımdır. Sevgi, simpatiya – çox ülvi, insanı zənginləşdirən, onu yüksəkliklərə qaldıran amildir. Amma bu qiymətli hiss, Allah bəyəndiyi ünvanda bəslənməlidir və əks təqdirdə - insanı həlakətə aparar.

Allah Təala cəmi mömin və möminələri Özünün bəyəndiyi hisslərə sahib olmağı nəsib etsin!



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky