İlahi incilərin Nur Sil-Siləsi

İbrahim Peyğəmbərin qiyamət dirilişi haqda Allahdan istəyinə əlavə qeydlər

Mərhum Ayətullah Behcət Həzrəti İbrahimin (ə) ölü quşları diritməsinə münasibəti

  • News Code : 840999
  • Source : İslamin Sesi
Brief

Allah Təala bütün ayaələrlə insanı hidayətə və ilahi mərifətə dəvət edir. Necəki ayətlərimizdə düşünənlər üçün ibrətlər vardır deyə bəyan edir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: Quranı Kərim əhkam və əqidəvi ayələrlə yanaşı əxlaqi və ibrətamiz qissələrlə də zəngindir. Allah Təala bütün ayaələrlə insanı hidayətə və ilahi mərifətə dəvət edir. Necəki ayətlərimizdə düşünənlər üçün ibrətlər vardır deyə bəyan edir. İnsanı düşündürən, onu suallar qarşısında aciz və axtarış aparmağa vadar edən əhvalatlardan biri də İbrahim (ə) peyğəmbərin məşhur quşları doğraması əhvalatıdır.

Belə ki Allah Təalə İbrahim peyğəmbərin (ə) qiyamətdə ölüləri necə dirildəcəksən sualına görə ona bir neçə növ quş götürüb onları doğrayıb, sonra hər birinin başını ayrı-ayrı bir təpəyə qoymasını əmr edir. İbrahim peyğəmbər (ə) belə də edir. Sonra doğranıb bir yerə qarışdırılmş ət parçaları rəbbimizin əmri ilə hərəsi öz başına birləşir. İbrahım peyğəmbərin (ə) Allah Təaladan bu barədə sual etməsinin və qəlbinin bu hadısə ilə xatircəmlik tapmasını deməsi barədə olan suallara Ayətullah Behcət belə cavab verir:

Sual: Məyər İbrahim peyğəmbərin qiyamətə əminliyi yox idiki, Allah Təalaya bu barədə sual etdi? Halbu ki o şəriət sahibi olan böyük peyğəmbərlərdən idi.

Cavab: “Qəlbimin aram olması üçün istədim” kəliməsindən məqsəd onun öz qəlbi deyil. Axı o (ə) böyük peyğəmbərlərdəndir.

Sual: İman əminlik olmadan mümkündürmü?

Cavab: Bu, digər bütün mömünlərin əminliyinin artması və iman dərəcələrinin yüksəlməsi üçündür.

Sual: Məgər Peyğəmbərin yanında mömünlərdən var idi?

Cavab: Orda olmaq lazım deyil. Bütün mömünlərin qəlbinin xatircəmliyinin və imanının dərəcəsi vardır. İman mərhələ-mərhələ qalxıb üstün zirvəyə əminlik və yəqinlik mərhələsinə yetişir. Ondan da üstün olan isə əyan mərhələsidir. Məsələn Musa peyğəmbər (ə) Tur dağına getməsəydi də hər kəsdən üstün idi. Amma yenə də o (ə) daha üstününü tələb edirdi.

Y.Nuriyev

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır 


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky