Əxlaq Dərsləri

AİP lideri Mövsüm Səmədovun Əxlaq dərsi: Vətən anlayışı və sevgisi

  • News Code : 831447
  • Source : İslamin Sesi
Brief

İslam Peyğəmbəri (s) buyurmuşdur: “Sərhəd boyunca vətəni qoruyan gözlər cəhənnəm atəşindən amanda qalar və Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara daim savab yazılar.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, hazırda karsda saxlanılan böyük əxlaq ustadı Mövsüm Səmədovun dərslərindən 5-ci hissəni oxucularına təqdim edirik. Bu dəfə ki, dərsdə Doktor Səmədov vətən anlayışından və vətən sevgisindən danışıb.

Vətən – bir millətin illər boyu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin, torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir və havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Ata və babalarımız bu torpaqlarda uyuyur.

Vətəni bizim üçün müqəddəs edən nədir? Axı quruca torpaq necə müqəddəslik daşıya bilər? Demək, bizim üçün onu müqəddəs edən nəsnələr var. Bu nəsnələr isə ata-babalarımızın bu torpaqda yaşamış olması, onu becərməsi, qoruması və uğrunda vuruşmasıdır. Onlar bu torpaqlar uğrunda canlarından keçmiş və şəhidlik rütbəsinə qədər yüksəlmişlər. Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, uca Rəbbimizin razı qaldığı əməldir.

Hədislərdən birində “Vətəni sevmək Allaha imandandır” deyə buyurulmuş və vətən sevgisinin əhəmiyyəti ön plana çəkilmişdir. Qəlbində Allaha imanı olan hər bir kəsin öz xalqına və vətəninə də sevgisi olacaqdır. Hədislərin birində vətəni qorumağın əhəmiyyətini bildirən əziz İslam Peyğəmbəri (s) belə buyurmuşdur: “Sərhəd boyunca vətəni qoruyan gözlər cəhənnəm atəşindən amanda qalar və Allahın razılığı üçün vətən sərhədlərini qoruyanlara daim savab yazılar.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky