Allah Övlyalarına Qarşı Çıxanlar...

Azğın sələfilər Bəqi zairlərin təhqir edərək onlara hücum çəkiblər

  • News Code : 359305
  • Source : ABNA- xəbər agentliyi
Bəqi Qəbirstanlığında bir neçə yerdə böyük tablolarda Aişədən nəql olunan rəvayətlər yazılıb. Və bu rəvayətlərdə Əzəmətli İslam Peyğənbərinin (səlləlahu əleyhi və alih) qəbirstanlığa gələrək müsəlmanların qəbirlərinə salam və müşriklərin qəbirlərinə isə onların Allahın verdiyi vədlərin haqq olmasını sual edərmiş...

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Səudiyyə Ərəbistanında sələfi tələbələrdən təşkil olunmuş "əl-Amirunə bil-məruf vən-nahyunə ənilmünkər" polisi Bəqi qəbiristanlığını ziyarət edən bir qrup şiə xanımlarına hücum edərək onların bu məkanda dəfn edilən Məsum İmamları (ə) və müqəddəsləri ziyarət etmələrinə maneə törətmişlər.

Sələfilər zəvvarlara qarşı zorakılıq göstərərək qəbiristanlıqdan uzaqlaşdırıblar.

Polislər ilk öncə xanımlara ziyarətnamə oxumağa və telefonla çəkiliş aparmağa maneə törədib. Digər polis isə səs-küy salaraq xanımlara müşrik, kafir, rafizi kimi sözlərlə təhqir edərək qəbiristanlıqdan uzaqlaşdırıb.

İşin marağlı tərəfi burasındadır ki, Bəqi Qəbirstanlığında bir neçə yerdə böyük tablolarda Aişədən nəql olunan rəvayətlər yazılıb. Və bu rəvayətlərdə Əzəmətli İslam Peyğənbərinin (səlləlahu əleyhi və alih) qəbirstanlığa gələrək müsəlmanların qəbirlərinə salam və müşriklərin qəbirlərinə isə onların Allahın verdiyi vədlərin haqq olmasını sual edərmiş...

Bildirək ki, Sələfi polis alayının əsas idarəsi Mədinə şəhərində yerləşən Bəqi qəbiristanlığının zirzəmisində yerləşir. Onlar məsum şəxslərin və diqər müqəddəslərin qəbirlərini ziyarət edib onlara fatihə oxumağa belə imkan vermirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky