Şərq Xəbərləri

Filippində Xomeyni Şəhid edildi – Foto

Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşən “Əbu Səyyaf” adlı sələfi terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

  • News Code : 800782
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Qeyd edək ki, Maravi şəhərinin sakinlərinin 99%-i Müsəlmandır. Əksər Şərq ölkələrində olduğu kimi Flippində də, yaşayan Şiə və Sünnilər İran İslam İnqilabının təsiri altındadırlar. Bu səbəbdən də, İran və mərhum İmam Xomeyni həzrətlərinə olan sevgilərinə görə, övladlarına “Xomeyni”, “Beheşti”, “Mutəhərri” və s. şəxsiyyətlərin adlarını verirlər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Flippində Cümə Namazından qayıdan iki Şiə sələfi təkfirçilərinin terroruna məruz qalaraq Şəhid olublar.

Flippinin Maravi şəhər sakinləri olan Xomeyni Qoru və Nətaliye Qoru ötən Cümə günü “Kərbəla” adına Məsciddə Cümə Namazında iştirak edərək motorsikletlə geriyə, yaşayış mənzillərinə dönərkən Pamping xiyabanında sələfi ünsürləri tərəfindən terrora məruz qalaraq Şəhadətə yetiblər.

Hadisədən dərhal sonra Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşən “Əbu Səyyaf” adlı sələfi terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Flippində Şiələrə qarşı terror aktlarını daha da artıracaqlarını vurğulayan “Əbu Səyyaf” terror qruplaşması həmçinin bildiriblər: “Maravi şəhərindəki bütün Şiələri qətlə yetirəcəyik.”

Qeyd edək ki, Maravi şəhərinin sakinlərinin 99%-i Müsəlmandır. Əksər Şərq ölkələrində olduğu kimi Flippində də, yaşayan Şiə və Sünnilər İran İslam İnqilabının təsiri altındadırlar. Bu səbəbdən də, İran və mərhum İmam Xomeyni həzrətlərinə olan sevgilərinə görə, övladlarına “Xomeyni”, “Beheşti”, “Mutəhərri” və s. şəxsiyyətlərin adlarını verirlər.

Əbu Səyyaf teror qruplaşması

Əbu Səyyaf” sələfi terror qruplaşmasıdır ki, ilk dəfə 1991-ci ildə Flippində təsis edilib. Bu terror qruplaşması 2004-cü ildə Flippində baş vermiş ən dəhşətli terror aktının məsuliyyətini öz üzərinə götürüb. Həmin hadisədə 100 Flippin vətəndaşı vəhşicəsinə qətlə yetirilmişdir...

İndoneziya, Malaziya və Flippində İslami Xilafətin qrulması ardıyca olan “Əbu Səyyaf” terror qruplaşmasının ünsürləri bu yaxınlarda qondarma “İŞİD” adlı terror qruplaşmasının bayrağı ilə şəkil çəkdirərək “Əbu Səyyaf” qruplaşmasının təkfirçi İŞİD qruplaşmasına biət etdiyini elan ediblər..

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky