Sabiq Diktator Səddamın Cinayətləri

Nəcəfi Əşrəfdə diktator Səddamın zamanından qalmış Şiə cəsədlərindən ibarət kütləvi məzarlıq aşkarlanıb

Araşdırmalarda cəsədlərdən bəzilərinin yaşlı insanlar, qadın və az yaşlı uşaqlar hətta südəmər körpənin olduğu məlum olub

  • News Code : 609818
Brief

İnsan Haqqlarının Nəcəfi Əşrəf nümayəndəliyinin müdiri: “Sabiq diktator Səddam rejimində təkcə Nəcəfi Əşrəf Şiələrindən 12 min nəfəri itkin düşüb ki, bu günə kimi onların talei haqqda əldə heç bir məlumat yoxdur.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İnsan Haqqlarının Nəcəf Əşrəfdəki ofisinin müdiri bildirib ki, sabiq diktator Səddamın 1991-ci il Şəban ayında rejim müxalifləri olan Şiələrə qarşı törətdiyi amansız qırğınlara aid növbəti kütləvi məzarlığı kəşf olunub.

İnsan Haqqlarının Nəcəfi Əşrəf nümayəndəliyinin müdiri Kərim Bilal mətbuat konfransında bildirib: “Nəcəfi Əşrəf şəhərinin 15 km aralığında yerləşən kütləvi məzarlıqda sabiq diktator Səddam rejiminin müxaliflərindən 27 nəfərinin cəsədi aşkarlanıb.”

Kərim Bilal daha sonra təsüflə deyib: “Cəsədlər üzərində araşdırma aparılarkən onlardan bəzilərinin yaşlı insanlar, qadın və az yaşlı uşaqlar hətta südəmər körpənin olduğu məlum olub. Belə ki, onların edam zamanı gözləri və əlləri bağlı olduğu da aşkarlanıb.”

İnsan Haqqlarının Nəcəfi Əşrəf nümayəndəliyinin müdiri daha sonra deyib: “Sabiq diktator Səddam rejimində təkcə Nəcəfi Əşrəf Şiələrindən 12 min nəfəri itkin düşüb ki, bu günə kimi onların talei haqqda əldə heç bir məlumat yoxdur.”

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

conference-abu-talib
We are All Zakzaky